AZ   |   RU
Baş katib: "Ukrayna ətrafında gərginliyin azaldılmasının real əlamətlərini görmürük"

“NATO Rusiya ilə Ukraynadakı vəziyyəti, həmçinin ikitərəfli münasibətləri, risklərin azaldılmasını, şəffaflıq və silahlanmaya nəzarət məsələlərini müzakirə etməyə hazırdır”.

Missiya.Az
xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq söyləyib.

Onun sözlərinə görə, NATO Moskvanın Ukrayna ilə bağlı diplomatik səylərin davam edəcəyinə dair siqnallarına optimizmlə yanaşır, lakin Alyans hələlik Ukrayna ətrafında gərginliyin azaldılmasının real əlamətlərini görmür:

“Rusiyanın uçurumun kənarından dönmək üçün hələ ki şansı var. İndi Rusiyanın bəzi hərbçiləri geri çəkməsi heç də geri çəkilmə anlamına gəlmir, onlar aylardır hərbi cəmləşdirmə ilə məşğuldurlar”.

Yens Stoltenberq bildirib ki, fevralın 16-17-də NATO-nun müdafiə nazirləri Gürcüstan və Ukraynadan olan həmkarları ilə müdafiənin gücləndirilməsini - Qara dəniz regionundakı vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə sərhədyanı bölgədən qoşunlarının bir hissəsini geri çəkməyə başladığını açıqlayıb.


  • 15-02-2022, 16:54