AZ   |   RU
“ABŞ Rusiya ilə Ukrayna arasındakı gərginliyi artırır” - Kreml
Kremlin sözçüsü Dmitri Peskov ABŞ və NATO-nun Rusiya ilə Ukrayna arasında gərginliyi yalan məlumatlarla artırdığını bildirib.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Rusiya ilə Ukrayna arasındakı gərginliklə bağlı Moskvada jurnalistlərə açıqlama verərkən deyib.

"Gərginliyin ABŞ və NATO-nun məlumatları və konkret hərəkətləri ilə artdığına diqqət çəkmək istəyirik. Burada şahidi olduğumuz informasiya isterikasını nəzərdə tuturam. Bu isterika böyük yalan məlumatlarla çərçivələnib”, - Peskov deyib.

Peskov NATO-nun verdiyi açıqlamaların dostcasına olmadığını qeyd edib:
"Biz NATO-nun şərq cinahında hərbi qüvvələrini və maşınlarını artırmaqla bağlı bəyanatlarını eşidirik. Bütün bunlar gərginliyin artmasına səbəb olur. Bunlar Rusiyaya görə deyil, NATO və ABŞ-ın yaydıqları məlumatlara görə baş verir. Sərhədlərimizə yaxın bu cür hərəkətlər və NATO-nun fəaliyyətinin artması ölkəmizin təhlükəsizliyinə zərər verir və bu ordumuz tərəfindən gözardı edilə bilməz”.

“Qafqazinfo”


  • 24-01-2022, 23:33