Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Missiya.Az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Metronun "Koroğlu" stansiyasının yaxınlığında piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçən 1961-ci il təvəllüdlü Salayev Sərxan Taleh oğlunu minik avtomobili vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, təpə-ənsə nahiyəsinin sıyrılmış əzikləri və sol sirkə kasasının yerdəyişən qəlpəli sınıqları diaqnozları qoyulub.
Yaralı ağır vəziyyətdə olduğundan, o reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.