Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələrinin erməni işğalından azad olunan Cəbrayıla səfəri başlayıb.
Missiya.Az xəbər verir ki, 150-dən çox qeyri-hökumət təşkilatının nümayəndələrinin səfər zamanı Xudafərin körpüsü və Cəbrayıl şəhərində "Dostluq" bulağı ilə tanış olması nəzərdə tutulur.
QHT nümayəndələrini Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin icraçı direktoru Aygün Əliyeva müşayiət edirlər.