Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.Missiya.Az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Möhtərəm İlham Heydər oğlu.
Rusiyanın TASS İnformasiya Agentliyi adından və şəxsən öz adımdan 60 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Siz böyük atanın ləyaqətli oğlu, müasir dövrün görkəmli siyasi xadimi kimi müdrik rəhbərlik və istedadınız sayəsində ölkənizi çiçəklənən və xoşbəxt diyara çevirirsiniz.
Xalqın arzu və ümidlərini hiss edən, etibarlı tərəfdaşların və müttəfiqlərin dəstəyindən istifadə etməyi bacaran mükəmməl lider kimi parlaq keyfiyyətləriniz sayəsində inamlı və məqsədyönlü addımlarla Azərbaycanı dinc və firavan gələcəyə aparırsınız.
Siz yubileyinizi haqq mübarizəsində qalib gələn, doğma torpaqları azad edən xilaskar kimi xüsusi hisslərlə qarşılayırsınız.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, səadət, gələcək planlarınızın həyata keçməsi üçün tükənməz enerji, doğma ölkənizin rifahı naminə uğurlu və səmərəli fəaliyyət arzulayıram.
Sizə və Azərbaycan xalqına sülh, tərəqqi diləyirəm".
ABŞ-ın Etnik Anlaşma Fondunun sədri Ravvin Mark Şnayer də Prezidenti təbrik edib. Təbrikdə deyilir: "Zati-aliləri.
Altmış illik yubileyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Mən yaxın dostluğumuzdan çox məmnun olduğumu bildirir və Sizin dinlərarası harmoniyaya, birgəyaşayışa yüksək səviyyəli diqqətinizi alqışlayıram.
Bu yaxınlarda yəhudilərin Hanuka bayramı münasibətilə təbrikinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Əlamətdar doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram".