Dekabrın 25-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.Missiya.Az xəbər verir ki, Aleksandr Lukaşenko dövlət başçısını yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə təşəkkürünü bildirib.
Telefon söhbəti zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.
Dövlət başçıları əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.