b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fdggfhfghghgh.JPG
Rusiyada yaşayan azərbaycanlı milyarder Vaqif Məmişovin limuzinini yol polisi əməkdaşları saxlayıblar.

Missiya.Az xəbər verir ki, Sankt-Peterburq polisi “Giriş qadağandır” nişanının tələbini pozan “Rolls-Royce” avtomobilini saxlasalar da, sonradan peşman olublar. Yol polisi müfəttişlərinin daxili mübarizəsinə Rusiyanın “Fontanka” nəşrinin Sergey adlı oxucusu şahid olub.

Yazılanlara görə, limuzin “Land Cruiser”in müşayiəti ilə “Giriş qadağandır” nişanının qüvvədə olduğu İsaakiyev kilsəsi ilə Four Seasons oteli arasında yerləşən ərazidən keçib. Korteci dərhal üç polis avtomobili mühasirəyə alıb.

“Sürücüdən sənədləri alınıb”, - deyə Sergey bildirib. Sərnişin mühafizəçilərin müşayiəti altında otelə gedib. 10 dəqiqədən sonra sənədlər sürücüyə qaytarılıb, avtomobil ərazidən uzaqlaşıb. Yol polisi müfəttişlərinə mühafizəçilərdən biri yaxınlaşaraq “Sizdə hər şey yaxşıdır?” - deyə müraciət edib, onlar başlarını tərpədərək, lal-dinməz təsdiq ediblər”, - məqalədə qeyd olunur.

Məlumata görə, A001AA178 nömrə nişanlı tünd göy “Rolls-Royce” 30 yaşlı İsmayılova Arzu Vaqif qızının adına qeydiyyatdadır. Məhkəmə icraçılarının icraat prosesləri haqqında məlumat bazasına görə, onun adı yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar azı 5 dəfə hallanır.
Həmin Rolls-Royce bundan əvvəl Sankt-Peterburqun Gənclər siyasəti üzrə komitəsinin sədr müavini Nizami Məmişovun adına olub. 31 yaşlı Nizami Məmişov Azərbaycan diasporu rəhbərinin yaxın qohumudur.

“Vaqif Məmişov ötən il gənc məmurun müsbət xarakteristikasını vermişdi: Onun təvazökar, tərbiyyəli və təminatlı bir olduğunu söyləmişdi. Nizami Məmişovun kabineti Bolşoy Morskoy küçəsində, İsaakiyev kilsəsinin bir neçə addımlığında yerləşir”, - məqalədə yazılıb.

12 İyul 2019 Azərbaycanda səs-küyə səbəb olan görüntülər – VİDEO
11 İyul 2019 Sürücü piyadanı vurub qaçdı - Qadın küçədə can verdi - VİDEO
10 İyul 2019 Dənizdə boğulan gəncə heç kim kömək etmədi - Dəhşətli görüntülər - VİDEO
27 İyun 2019 Bakı toyunda işıqlar söndü - Klarnet ifaçısından gözlənilməz addım - VİDEO
24 İyun 2019 75 yaşlı ata əlil övladını xilas etdi, özü yanaraq öldü - VİDEO
21 İyun 2019 Bakıda baş verən qorxunc qəzalar: sürücü səhlənkarlığı, yoxsa? - VİDEO
20 İyun 2019 Azərbaycan Ordusunun ən intizamlı döyüş postu müəyyənləşib
10 İyun 2019 Nurəddin Mehdixanlı: “Atam məndən imtina etdi” – VİDEO
10 İyun 2019 Xırdalanda maşın dilənçini havaya uçurdu - VİDEO
07 İyun 2019 Bakıda sevgilisini öldürüb özü intihar edən gənclə bağlı şok fakt - VİDEO
04 İyun 2019 Taksi sürücüsü məktəbliləri belə vurub əzdi - dəhşətli görüntülər - VİDEO
03 İyun 2019 Metroda kondisioner problemi - VİDEO
31 May 2019 Dünya ulduzu azərbaycanlı bərbərə gözlənilməz təklif etdi - VİDEO
29 May 2019 Ata və oğulun öldüyü qəzadan dəhşətli görüntülər - VİDEO
27 May 2019 Məmur ona sual verən jurnalisti yerə çırpdı - VİDEO
24 May 2019 Bakıda dəhşətli "Galenwagen" qəzası: Qəza kamerlara düşdü - VİDEO
21 May 2019 Məşhur futbolçu azarkeşləri Bakıya böyük finala çağırdı - VİDEO
14 May 2019 Bakıda 91 saylı avtobusda dava: Sərnişin sürücünü təpiklədi - VİDEO
13 May 2019 Bakının mərkəzində qəza anı kameraya düşdü - VİDEO
02 May 2019 Bakıda “Gelandewagen” aləmi bir-birinə vurdu - VİDEO