AZ   |   RU
Gürcüstanlı nazir Azərbaycanda keçirdiyi görüşlərdən danışıb



Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycan Prezidenti İlham Əliyev və hökumət üzvləri ilə iqtisadi əlaqələrin dərinləşdirilməsini müzakirə edib.

Missiya.Az report-a istinadən xəbər verir ki, gürcüstanlı nazir Azərbaycana ilk rəsmi səfərini başa çatdırıb.

Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyev və digər yüksək vəzifəli rəsmilərlə məhsuldar görüşlər keçirib.

Nazir bildirib ki, Prezident İlham Əliyevlə keçirilən görüşdə Gürcüstanda iqtisadi inkişafın dinamikası və hökumətin müxtəlif sahələr üzrə həyata keçirdiyi siyasətlər, xüsusilə də enerji sektorundakı iri layihələr barədə ətraflı müzakirələr aparılıb: “Azərbaycan Prezidentinə ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən islahatlar, xüsusilə enerji sektorunda planlaşdırılan böyük layihələr barədə ətraflı məlumat verdik. Görüş olduqca məhsuldar keçib. Biz ticarət, nəqliyyat, turizm, logistika kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsini müzakirə etdik”.

Onun sözlərinə görə, görüşdə həmçinin regionda sülh və sabitliyin əhəmiyyəti də diqqət mərkəzində olub.

Səfər çərçivəsində M.Kvrivişvili Azərbaycanın iqtisadiyyat naziri, energetika naziri və rəqəmsal inkişaf və nəqliyyat naziri ilə də görüşlər keçirib. Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini, o cümlədən irimiqyaslı ortaq layihələri ətraflı müzakirə ediblər.

Nazir Gürcüstanla Azərbaycan arasında dəmir yolu sərnişin daşımalarının bərpası təşəbbüsünü də xüsusi qeyd edib. O deyib ki, bu addım ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə və Gürcüstanın turizm, eləcə də iqtisadi inkişafına müsbət təsir göstərəcək.




  • Dünən, 22:23