b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_loljj.jpg

Azərbaycanda avqustun 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 7-8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.



19 Sentyabr 2020 Bu gündən Bakı, Sumqayıt və Abşeronda daha bir qadağa qüvvəyə mindi
18 Sentyabr 2020 Bakıda kranların yaratdığı təhlükə - VİDEO
17 Sentyabr 2020 V ixtisas qrupu üzrə qeydiyyatdan keçənlərin sayı açıqlandı
17 Sentyabr 2020 İmişlidə orta əsrə aid gözətçi qalasının qalıqları aşkarlandı - FOTO
17 Sentyabr 2020 Sabahın hava proqnozu açıqlandı
16 Sentyabr 2020 Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO
12 Sentyabr 2020 Bu gün küçəyə çıxmayın - ƏHALİYƏ XƏBƏRDARLIQ
11 Sentyabr 2020 Qərar verildi - Metro bu tarixdən açılır - RƏSMİ
10 Sentyabr 2020 Sabahın hava proqnozu açıqlandı
09 Sentyabr 2020 İmişlidə ağır qəza: Sürücü hadisə yerində öldü
09 Sentyabr 2020 Əli Əsədovdan bağçalarla bağlı QƏRAR
08 Sentyabr 2020 Karantin dövründə ümumi təhsil müəssisələrində illik planlaşdırmalara dair metodiki göstərişlər hazırlanıb
08 Sentyabr 2020 Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisaslar bəlli oldu
05 Sentyabr 2020 Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
04 Sentyabr 2020 Sabah hava 35 dərəcə isti olacaq
02 Sentyabr 2020 Marketdən “Badamlı” aldı, içindən dezinfeksiya məhlulu çıxdı - FOTO
02 Sentyabr 2020 AzTV-nin əməkdaşı yol qəzasında vəfat edib
02 Sentyabr 2020 Təhsil naziri 2 şöbə müdirini işdən çıxardı
02 Sentyabr 2020 Sabahın havası: Şimşək, külək, yağış...
31 Avqust 2020 Məktəb direktorunun məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı RƏSMİ AÇIQLAMA