AZ   |   RU
"Real" 1/4 finala yüksəlib

Madridin "Real" klubu "Yuventus"u 1:0 hesabı ilə məğlub edərək ABŞ-da keçirilən FIFA Klublararası dünya çempionatının 1/4 finalına yüksəlib.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, Mayami şəhərindəki "Hard Rock" stadionunda keçirilən qarşılaşmanı polyak Şimon Martsinyak idarə edib.


Yeganə qolu 54-cü dəqiqədə Qonsalo Qarsiya vurub.


Daha əvvəl 1/4 final mərhələsinə "Fluminense" (Braziliya), "Əl-Hilal" (Səudiyyə Ərəbistanı), "Palmeyras" (Braziliya), "Çelsi" (İngiltərə), PSJ (Fransa), "Bavariya" (Almaniya) yüksəlib. Bu mərhələnin sonuncu iştirakçısı "Borussiya" - "Monterrey" matçının qalibi olacaq. Bu cütün qalibi "Real" ilə qarşılaşacaq.


Turnirin finalı iyulun 13-də keçiriləcək.



  • Bu gün, 01:17