AZ   |   RU
“İsrail Azərbaycan ərazisindən bizə qarşı istifadə etməyib” - İranın Ermənistandakı səfiri

“İrana qarşı hücumlarda İsrailin Azərbaycan ərazisindən istifadə etdiyinə dair rəsmi məlumat hələ ki yoxdur və yalnız KİV-in yaydığı məlumatlara əsaslanmaq doğru olmaz”.


Missiya.Az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.


O bildirib ki, Tehran Bakıdan Azərbaycanın ərazisindən İrana qarşı zərbələr endirilməsinə icazə verilməyəcəyi barədə təminat alıb.


Xatırladaq ki, bir müddət öncə Sübhani İran ərazisinə bir sıra kiçik PUA-ların qonşu ölkələrdən daxil olduğunu bəyan edib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:45