b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_bvvb1.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 109 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə Hövsan Yaşayış Kompleksindən alınmış mənzilləri təqdim edib.

Bununla bağlı Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı işləri ildən-ilə genişlənir. O bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yaxın bir neçə ildə şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan mənzil proqramı başa çatdırılacaq. 

 

Nazir müavini qeyd edib ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan üç dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. 2020-ci ildə isə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 539 mənzil verilib, digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8127 mənzil və fərdi ev verilib.

V.Nəsirli bildirib ki, Nazirlik müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib.Ümumilikdə isə  Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900  minik avtomobili ilə təminatı həyata keçirilib.

Yeni mənzillə təmin edilən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, ümumən hərtərəfli təminatlarına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.




b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_bvvb2.jpg

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_bvvb3.jpg


b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_bvvb4.jpg

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_bvvb6.jpg

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_bvvb7.jpg



b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_bvvb8.jpg


25 Sentyabr 2020 Bakının iki rayonunda içməli suyun verilişində fasilələr olacaq
25 Sentyabr 2020 "Qapalı şəraitdə toy etmək olar" - ŞƏRTLƏR AÇIQLANDI
24 Sentyabr 2020 500 baldan çox toplasalar da tələbə ola bilmədilər
21 Sentyabr 2020 DİM-dən abituriyentlərə MÜHÜM MÜRACİƏT
19 Sentyabr 2020 Bu gündən Bakı, Sumqayıt və Abşeronda daha bir qadağa qüvvəyə mindi
18 Sentyabr 2020 Bakıda kranların yaratdığı təhlükə - VİDEO
17 Sentyabr 2020 V ixtisas qrupu üzrə qeydiyyatdan keçənlərin sayı açıqlandı
17 Sentyabr 2020 İmişlidə orta əsrə aid gözətçi qalasının qalıqları aşkarlandı - FOTO
17 Sentyabr 2020 Sabahın hava proqnozu açıqlandı
16 Sentyabr 2020 Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO
12 Sentyabr 2020 Bu gün küçəyə çıxmayın - ƏHALİYƏ XƏBƏRDARLIQ
11 Sentyabr 2020 Qərar verildi - Metro bu tarixdən açılır - RƏSMİ
10 Sentyabr 2020 Sabahın hava proqnozu açıqlandı
09 Sentyabr 2020 İmişlidə ağır qəza: Sürücü hadisə yerində öldü
09 Sentyabr 2020 Əli Əsədovdan bağçalarla bağlı QƏRAR
08 Sentyabr 2020 Karantin dövründə ümumi təhsil müəssisələrində illik planlaşdırmalara dair metodiki göstərişlər hazırlanıb
08 Sentyabr 2020 Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisaslar bəlli oldu
05 Sentyabr 2020 Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
04 Sentyabr 2020 Sabah hava 35 dərəcə isti olacaq
02 Sentyabr 2020 Marketdən “Badamlı” aldı, içindən dezinfeksiya məhlulu çıxdı - FOTO