b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_qaryolucsdsds.jpg
Yanvarın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Missiya.Az-a verilən məlumata görə, yanvarın 16-ı Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 779 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.



02 Aprel 2020 HƏYƏCAN TƏBİLİ! Azərbaycanda koronavirus geniş yayılsa, vəziyyət nəzarətdən çıxacaq - VİDEO
31 Mart 2020 Kreditlərlə bağlı RƏSMİ AÇIQLAMA
31 Mart 2020 Kommunal ödənişlərlə bağlı ŞAD XƏBƏR - Nazir açıqladı
31 Mart 2020 Dövlət koronovirusa görə tələbələrə də pul verəcək - RƏSMİ
20 Mart 2020 Bəzi dövlət qurumlarında işləyənlər bir aylıq məzuniyyətə göndərilir - RƏSMİ
17 Mart 2020 Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırılır - RƏSMİ
16 Mart 2020 Orta aylıq pensiya 350 manat olacaq - RƏSMİ
05 Mart 2020 Sürücülərə XƏBƏRDARLIQ: Sürət həddi endirildi - SƏBƏB
04 Mart 2020 Məktəblərdəki 1 həftəlik tətil belə kompensasiya olunacaq
04 Mart 2020 İlham Əliyevdən 4 rayonla bağlı 8,19 milyonluq SƏRƏNCAM
03 Mart 2020 Prezident İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib
03 Mart 2020 Maaşlar artırılacaq - YENİ TƏKLİFLƏR
02 Mart 2020 “Sədərək” ticarət mərkəzi su altında qaldı - VİDEO
02 Mart 2020 Azərbaycanda dərslərin dayandırılması fikirləri barədə rəsmi açıqlama
02 Mart 2020 Bu ərazidən köçürülənlərə əlavə pul verilib - RƏSMİ
25 Fevral 2020 Kurikulum ləğv edilir? - RƏSMİ AÇIQLAMA
25 Fevral 2020 Sabah Bakıda bu yollar bağlanacaq
21 Fevral 2020 Sabaha olan hava proqnozu açıqlandı
18 Fevral 2020 Yol Polisindən sürücülərə xəbərdarlıq - VİDEO
17 Fevral 2020 Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsini məhkəməyə verdi