b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1562242444_bankomat_0001.jpg
Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamları ilə dövlət sektorunda əməkhaqlarının ciddi şəkildə artımı qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da 30 faizdən çox artmasına səbəb olacaq.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Missiya.Az-a verilən məlumata görə, onların sırasına dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və b. daxildir.
 
Həmin şəxslərin çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır. Həmin şəxslərin pensiyalarına edilən artımlar əməkhaqlarının artırıldığı vaxtdan hesablanaraq ödənilir.
 
Beləliklə, ötən ay dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında minimum pensiyanın 200 manata çatdırılması 660 min vətəndaşın, əməkhaqlarının artımı isə xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının əhəmiyyətli dərəcədə artmasına imkan verib. Nəticədə cari il ərzində reallaşan ikinci sosial paket 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artması ilə nəticələnib.
12 İyul 2019 "Bakı Kart"da YENİLİK – Bundan sonra ...
12 İyul 2019 Mojtaba Haşemzadeh: "Artıq çəki və piylənmə sağlamlıq üçün ciddi problemdir"
10 İyul 2019 Güclü şimal küləyi, leysan, dolu - İstirahət günlərinin havası
09 İyul 2019 Pensiyaların artırılması üçün qanunvericiliyə dəyişiklik edildi
08 İyul 2019 Sürücülərin diqqətinə! Bu cərimələr kameralara yazılacaq
27 İyun 2019 Yol hərəkəti haqqında qanun dəyişdi - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
25 İyun 2019 ARB 24-də 1 gün - Televiziyada iş prosesi - VİDEO\ FOTO
24 İyun 2019 “Ailə Dünyası” bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat işlərinə start verib
24 İyun 2019 Bu gün 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
21 İyun 2019 Dini Komitə rəsmisi: Sosial şəbəkələrə üstünlük verəcəyik
20 İyun 2019 "Yanvarın 1-dən bütün pensiyaçıların pensiyası əlavə 15% artacaq" - Sahil Babayev
14 İyun 2019 Bu gün məktəblərdə "Son zəng" çalınır
11 İyun 2019 Türkün gəlişi, yaxud ülviyyətim Azərbaycan – REPORTAJ
11 İyun 2019 Bakı-Quba yolu bərbad vəziyyətə düşüb
10 İyun 2019 Nazirdən "Son zəng"lə bağlı ƏMR
07 İyun 2019 AMEA siyahı yaydı: Bu şəxslər evi ola-ola mənzil istəyir
03 İyun 2019 Azərbaycan Gənc Sahibkarlar Klubu "Uşaqlar günü" ilə bağlı tədbir keçirib - FOTO
01 İyun 2019 Azərbaycanda 5 gün iş olmayacaq - RƏSMİ
01 İyun 2019 Təhsil naziri bu müəllimlərlə bağlı əmr imzaladı
31 May 2019 Azərbaycanda bu məktəblər bağlanır