b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1560487205_1465900826_1dsc_7568.jpg
Bu gün Azərbaycanın ümumtəhsil müəssisələrində "Son zəng" çalınacaq.

Missiya.Az xəbər verir ki, "Son zəng" 2016-cı ildən tədris ilinin müddətinin iyunun 14-dək uzadılması ilə əlaqədar olaraq iyunun 14-də keçirilir.

Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil müəssisələrinin ərazilərində təşkil edilir.

2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək.
 
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 616 nəfər isə I sinfi başa vuracaq.

2018-2019-cu tədris ilində respublika üzrə 2 977 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən 5 200 məktəbəhazırlıq qrupunu 97 918 nəfər başa vuracaq.

2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşağın qəbulu proqnozlaşdırılır. Onlardan 77 542-si qız, 86 692 nəfəri isə oğlandır.
20 Noyabr 2019 Sabah sulu qar, qar yağacaq, güclü külək əsəcək
18 Noyabr 2019 Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı keçiriləcək - FOTO
18 Noyabr 2019 Lənkəranda insan alveri ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO
15 Noyabr 2019 Sabahdan pərdə və jalüzlər üçün qadağa ləğv edilir? - Sürücülərin nəzərinə!
13 Noyabr 2019 Bu ünvandakı sakinlər kirayə evlərə çıxarılacaq - VİDEO
12 Noyabr 2019 Temperatur 5-8 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
12 Noyabr 2019 33 il əvvəl şəhərin mərkəzində tikilən binaya hələ də qaz verilmir - VİDEO
12 Noyabr 2019 Bakıda bu ünvanda məskunlaşan ailələr köçürülə bilər
07 Noyabr 2019 "PDL" şirkətinə qarşı ittihamlar təsdiqlənmədi - "Böhtandır"
07 Noyabr 2019 Bu şəxslərə pulsuz mənzillər verildi
06 Noyabr 2019 Şirvanda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı layihə keçirilir - FOTO
06 Noyabr 2019 Samir Şərifovdan maaş artımı ilə bağlı ŞAD XƏBƏR
31 Oktyabr 2019 “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir
30 Oktyabr 2019 Temperatur 5-8 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
29 Oktyabr 2019 Şuranın dəstəyilə ödənişsiz psixoloji və hüququ yardımlar göstəriləcək
28 Oktyabr 2019 Azərbaycanda pensiyaya çıxmaq istəyənlərin nəzərinə!
25 Oktyabr 2019 Boyu 160 sm-dən hündür xanımların nəzərinə - RƏSMİ
25 Oktyabr 2019 Bakıda bu yollar bağlıdır - XƏBƏRDARLIQ
23 Oktyabr 2019 Azərbaycanda ət satanlara - Şad xəbər
22 Oktyabr 2019 92 saylı avtobusun sürücüsündən kobud qayda pozuntusu - VİDEO