b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_ev_almaq_0125.jpg

“Güzəştli mənzil”in seçilməsində yenilik edilib. Yeniliklərdən biri “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını almasıdır.

Missiya.Az xəbər verir ki, bu dəyişiklik vətəndaşlara agent banklar tərəfindən veriləcək kreditin məbləğini və müddətini öncədən müəyyən edərək mənzil seçimini və onun əldə edilməsini rahatlaşdıracaq.

Daha bir yenilik mənzillərin satışı müddətində mənzil seçimi edə bilməyən şəxslərə mənzil əldə etmək imkanının yaradılmasıdır. Belə ki, “Güzəştli mənzil” sistemində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Yəni əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq gözləmə qaydasında həmin mənzil birinci sırada seçmiş şəxsə təklif ediləcək.

Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.

Digər yenilik agentlik tərəfindən mənzillərin satış qiymətinə tətbiq edilən əlavə endirimlərdən yararlanmaq istəyən vətəndaşlar üçündür. Bu yeniliyə əsasən, mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçün satış elanı veriləcək.

“Güzəştli mənzil” sistemində olan bu yeniliklər 2019-cu il mayın 1-dən etibarən tətbiq ediləcək.

25 Fevral 2020 Kurikulum ləğv edilir? - RƏSMİ AÇIQLAMA
25 Fevral 2020 Sabah Bakıda bu yollar bağlanacaq
21 Fevral 2020 Sabaha olan hava proqnozu açıqlandı
18 Fevral 2020 Yol Polisindən sürücülərə xəbərdarlıq - VİDEO
17 Fevral 2020 Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsini məhkəməyə verdi
13 Fevral 2020 Bakıda bu ərazidəki evlər plana düşdü - ÜNVANLAR
13 Fevral 2020 Xalq artisti xərçəngə tutuldu
13 Fevral 2020 Azərbaycanda Qida Təhlükəsizliyi Klinikası yaradılacaq
12 Fevral 2020 Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə! - VİDEO
11 Fevral 2020 İlham Əliyev nekroloq imzaladı
10 Fevral 2020 Sabaha gözlənilən hava şəraiti açıqlanıb
10 Fevral 2020 Ramil Usubovun oğlunun yerinə təyinat oldu
07 Fevral 2020 Qar yağacaq, temperatur 15-18 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
05 Fevral 2020 Azərbaycanda qar yağacaq, yollar buz bağlayacaq
04 Fevral 2020 İş axtaranlara ŞAD XƏBƏR - Bu yerlərdə işçi axtarılır
30 Yanvar 2020 "Dəfn pulu" nə qədərdir və kimlərə verilir? - TƏLƏB OLUNAN SƏNƏDLƏR
24 Yanvar 2020 Bakıda axşam saatlarında qısamüddətli sulu qar yağacaq
23 Yanvar 2020 Bu sahədə işləyənlərin maaşı artırılır - əlavə 570 manat - CƏDVƏL
21 Yanvar 2020 Bakının bu ünvanındakı mənzillər plana düşdü - VİDEO
21 Yanvar 2020 Azərbaycanda bu xəstəxanalar pulsuz oldu - SİYAHI