|
|
![]() |
İranın nüvə alimi Möhsen Fəxrizadə kosmosdan idarə olunan silahla öldürülüb.
Missiya.Az xəbər verir ki, bu barədə İranın Al Alem telekanalı məlumat verib.
Məlumatda bildirilir ki, sui-qəsd üçün İsrail silahlarından istifadə olunub. Həmin silahlar kosmosdan idarə olunub.
Qeyd edək ki, Mösen Fəxrizadə 27 noyabr tarixində Tehran şəhərində, sui-qəsd
nəticəsində ağır yaralanıb və xəstəxanada dünyasını dəyişib. İranın Müdafiə Nazirliyi sui-qəsd nəticəsində dünyasını dəyişən alimin nüvə tədqiqatına rəhbərlik etməsini təsdiqləyib.
Möhsen Fəxrizadə "Nissan" avtomobilinə quraşdırılmış, uzaqdan idarə olunan silahla 150 metr məsafədən vurulub.
Fazil Qasımov
Missiya.Az