b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_qqqqqqqqqqqqqqqqqqaqqqqqqqqq.jpg

“Ermənistan Moskva bəyanatından sonra yenə də Azərbaycanın yaşayış məntəqələrini, infrastruktur obyektlərini hədəf alır. Bu, qəbuledilməzdir”.

Missiya.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cəbhədə baş verən hadisələrlə bağlı brifinqdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistan yenidən qoşun toplayaraq, Azərbaycana qarşı hücuma keçir:

“Ermənistan münaqişəni getdikcə daha da gərginləşdirir. Artıq bu gün də Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutması nəticəsində infrastruktura ciddi ziyan dəyib. Həmçinin, həlak olan və yaralananlar var.

Ermənistan Azərbaycanın mülki əhalisini qətlə yetirməkdə davam edir. Azərbaycan bütün bunların qarşısını almaq üçün tədbirlər görmək məcburiyyətində qalır”.

H.Hacıyev qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə hazırdır:

“Ancaq görünən odur ki, Ermənistan Moskva danışıqlarını pozaraq, münaqişəni gərginləşdirir. Moskva Bəyannaməsində qeyd olunub ki, münaqişə sülh yolu ilə, baza prinsipləri əsasında həll edilməlidir. Ermənistan bu şərtlərin heç birinə əməl etmir, təxribatlarını davam etdirir”.


21 Oktyabr 2020 Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb
21 Oktyabr 2020 İlham Əliyevdən yeni ərazilərin işğaldan azad olunması ilə paylaşım
21 Oktyabr 2020 Ermənistan Müdafiə Nazirliyi zəif olduğunu etiraf etdi
20 Oktyabr 2020 Mehriban Əliyeva xalqı təbrik edib
19 Oktyabr 2020 Prezidentin köməkçisindən erməni əsirlərlə bağlı açıqlama
19 Oktyabr 2020 Düşmən təslim olur - Bəzi mövqelərdə ağ bayraq qaldırılır
19 Oktyabr 2020 İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”
18 Oktyabr 2020 İlham Əliyev: “Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı”
18 Oktyabr 2020 Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə xalqı təbrik edib
18 Oktyabr 2020 Mövlud Çavuşoğlu Azərbaycanı təbrik etdi
17 Oktyabr 2020 Britaniya səfiri: “Gəncədə son olanlar qəbuledilməzdir”
17 Oktyabr 2020 Paşinyan Azərbaycanın diktə etdiyi şərtləri qəbul edir - Ermənistan ağ bayraq qaldırır
17 Oktyabr 2020 Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
17 Oktyabr 2020 Mehriban Əliyeva: “Bu cinayətə laqeyd qalmaq onun iştirakçısına çevrilmək deməkdir”
15 Oktyabr 2020 Prezident: "Ermənistan bu çirkin siyasət davam edərsə peşman olacaq"
15 Oktyabr 2020 İlham Əliyev: “Ermənistan azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdır”
14 Oktyabr 2020 Rəcəb Tayyib Ərdoğanla Putin arasında telefon danışığı olub
14 Oktyabr 2020 Ərdoğandan ATƏT-in Minsk Qrupuna: “30 ildir baş qatırlar, otururlar, danışırlar və dağılışırlar”
14 Oktyabr 2020 "Mən demişdim ki, Ermənistan müsbət yanaşma göstərməsə, peşman olacaq" - İlham Əliyev
14 Oktyabr 2020 "Səhərdən Tərtər şəhəri güclü artilleriya hücumuna məruz qalır" - Hikmət Hacıyev