b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1462521048_1.jpg

Ermənistanın Tovuz təxribatından sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında tərəflərin müharibə ritorikası sərtləşib. Demək olar ki, hər gün yeni genişmiqyaslı müharibənin yaxınlaşdığı barədə fikirlər səsləndirilir. 

Cəbhədə tez-tez yaşanan gərginlik ehtimalların əsassız olmadığını deməyə əsas verir. Həmçinin Rusiyanın Ermənistanı sürətlə silahlandırması və Türkiyənin Azərbaycana açıq hərbi-siyasi dəstək verməsi yaxın müddət ərazində təmas xəttində aktiv əməliyyatların başlayacağı təsəvvürünü yaradır. Belə bir məqamda münaqişəsin həllini öz üzərinə götürən və 25 ildən çoxdur ki, tərəfləri danışıqlar masası ətrafında dəvət edən ATƏT-in Minsk Qrupunun həmsədrləri nə işlə məşquldurlar? Onlar bu gərginlik fonunda hansı real nəticələr verəcək həll planı üzərində işləyirlər?

Müşahidələr göstərir ki, Minsk Qrupu yalnız boş bəyanatlar verməklə məşquldur. Həmsədrlər Tovuz döyüşlərindən sonra vəziyyətin daha da gərginləşə biləcəyindən və həmçinin rəsmi Bakının sərt ritorikasından ehtiyyat edərək tərəfləri yenə danışıqlar masasına dəvət edib. ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) Parisdə apardıqları məsləhətləşmələr keçirib. Tərəflər Minsk Qrupunun danışıqlarla bağlı təklifinə heç bir rəsmi reaksiya verməyib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_667895_efl4wxap9v.jpg

Müharibə ritorikasının artdığı bir vaxtda ATƏT-in Minsk Qrupunun susqunluğunu isə Azərbaycan cəmiyyəti tərəfindən hiddətlə qarşılanmaya bilməz. Çünki Dağlıq Qarabağ münaqişəsinin 25 ildən çoxdur ki, həll olunmamasının səbəbkarlarından biri həmsədrlər hesab olunur. Azərbaycan hakimiyyəti də dəfələrlə həmsədrləri fəaliyyətsizlikdə ittiham edib. Regiondakı gərginlik fonunda baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədovun dərc olunan “Erməni təxribatları və Minsk Qrupunun susqunluğu” sərlövhəli son məqaləsində Minsk Qrupunu yenə fəaliyyətsizlikdə ittiham olunub və müharibə xəbərdarlığı verilib. 

Əli Əhmədovdan sitat: “Onsuz da Minsk Qrupu münaqişənin bu qədər uzanmasının, düzgün və ədalətli nizamasalma formulunu tapa bilməməsinin məsuliyyətindən yaxasını kənara çəkə bilməz. İndi isə onun gözləri qarşısında erməni tərəfi yeni, daha acı nəticələrə gətirib çıxara biləcək növbəti cinayəti törətməkdə davam etməkdədir. Azərbaycan münaqişənin dinc yollarla, lakin ədalətli şəkildə, işğal olunmuş bütün torpaqların azad olunması şərti ilə nizama salınmasının tərəfdarıdır”.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Missiya.Az-a Azərbaycanın hansı şərtlər altında danışıqlar masası arxasına əyləşə biləcəyindən danışıb: "Azərbaycan Minsk Qrupunun qarşısında bu şərtləri qoya bilər: 1. Münaqişənin tez bir zamanda həll edilməsi ilə bağlı gündəlik müəyyənləşdirilməlidir; 2. Azərbaycanın işğal altında olan 7 rayonun  taleyinin danışıqlar prosesi çərçivəsində müəyyənləşdirilməsi; 3. Azərbaycan ərazilərində olan Ermənistan qoşunlarının çıxarılması. Ermənistan ordusunun Azərbaycan ərazilərində olması nələrdən xəbər verir? Minsk Qrupu bu suala cavab verməlidir. Azərbaycan bu şərtlər daxilində danışıqlar masasına əyləşməli və konkret nəticələrin əldə olunması üçün mövqeyində israrlı olmalıdır”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1466854473.jpg

Politoloq bildirib ki, Minsk Qrupu hazırda özünü proseselərdən kənarda saxlamağa çalışsa da, hər kəs bilir ki, indiki vəziyyətin yaranmasında onlar  günahkardır: “İndiyə qədər məsuliyyətsizlik nümayiş etdiriblər və təcavüzkar Ermənistana qarşı hər hansı çəkindirici addım atmayıblar. Minsk Qrupunun Rusiya və Fransadan olan həmsədrləri sülh yaratma prosesinə mane olublar. Onlar sülhyaratma prosesinə heç bir töhvə verməyiblər. Ermənilər danışıqlar prosesini pozanda, destruktiv fikirlər səsləndirəndə bu qurumun üzvləri ağızlarına su alıb otururdu. İndi Azərbaycan danışıqlar prosesinə, xüsusilə Minsk Qrupunun rəhbərliyi altında aparılan müzakirələrə inamını itirib. Çünki az qala 25 ildən çoxdur ki, danışıqlar prosesi davam edir amma heç bir nəticə yoxdur. İşğal olunmuş torpaqlardan danışırlar. Amma “Əraziləri kim işğal edib?” sualı qarşısında susurlar. Ona görə də Azərbaycan Minsk Qrupunun indiki formatda fəaliyyətindən narazıdır”.

Qabil Hüseynli Azərbaycanın danışıqlar prosesindən imtina etmədiyini deyib: “Rəsmi Bakı sadəcə nəticəsiz danışıqlar istəmir. Amma danışıqlardan da imtina edilməyib. Ermənistan isə əksinə, danışıqlar masasına əyləşmək istəmir. Minsk Qrupu ilk növbədə Ermənistanı yola gətirib, danışıqlar masası arxasında əyləşdirməlidirlər”.

1538369285_1a3bc3e0fa928f25cd32815f98ca49b3.jpg

Keçmiş dövlət müşaviri Minsk Qrupunun münaqişənin həlli ilə bağlı səmərəsiz fəaliyyətinin genişmiqyaslı hərbi toqquşmaya səbəb olması ehtimalları barədə danışıb.

O qeyd edib ki, hazırda Rusiya Ermənistanı sürətlə silahlandırır və müharibəyə hazırlayır: "Səbəb nədir? Səbəb Rusiyanın enerji bazarlarında mövqelərinin zəifləməsidir. Azərbaycan Avropaya qaz və neft ixrac edir. Bu isə Rusiyanın payına ortaq olmaq deməkdir. Rusiya təhlükəli oyunlar oynayır və Ermənistanı müharibəyə təhrik edir. Hər gün silah göndərir, müharibəyə hazırlıq gedir.  Belə bir məqamda ATƏT-in Minsk Qrupu fəaliyyətsizlik nümayiş etdirir, münaqişəsin həllində heç bir yeniliyə can atmır.  Minsk Qrupunun fəaliyyətsizliyi Azərbaycanın sülh danışıqlarına etimadı azalıb. Ona görə də ölkəmiz müharibə yolu ilə ərazi bütövlüyünü təmin edə bilər. Azərbaycan Türkiyənin də dəstəyi ilə Dağlıq Qarabağda anti-terror əməliyyatına hazırlaşır”.

Elvin Məmmədov
Missiya.Az


21 Oktyabr 2020 Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb
21 Oktyabr 2020 İlham Əliyevdən yeni ərazilərin işğaldan azad olunması ilə paylaşım
21 Oktyabr 2020 Ermənistan Müdafiə Nazirliyi zəif olduğunu etiraf etdi
20 Oktyabr 2020 Mehriban Əliyeva xalqı təbrik edib
19 Oktyabr 2020 Prezidentin köməkçisindən erməni əsirlərlə bağlı açıqlama
19 Oktyabr 2020 Düşmən təslim olur - Bəzi mövqelərdə ağ bayraq qaldırılır
19 Oktyabr 2020 İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”
18 Oktyabr 2020 İlham Əliyev: “Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı”
18 Oktyabr 2020 Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə xalqı təbrik edib
18 Oktyabr 2020 Mövlud Çavuşoğlu Azərbaycanı təbrik etdi
17 Oktyabr 2020 Britaniya səfiri: “Gəncədə son olanlar qəbuledilməzdir”
17 Oktyabr 2020 Paşinyan Azərbaycanın diktə etdiyi şərtləri qəbul edir - Ermənistan ağ bayraq qaldırır
17 Oktyabr 2020 Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
17 Oktyabr 2020 Mehriban Əliyeva: “Bu cinayətə laqeyd qalmaq onun iştirakçısına çevrilmək deməkdir”
15 Oktyabr 2020 Prezident: "Ermənistan bu çirkin siyasət davam edərsə peşman olacaq"
15 Oktyabr 2020 İlham Əliyev: “Ermənistan azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdır”
14 Oktyabr 2020 Rəcəb Tayyib Ərdoğanla Putin arasında telefon danışığı olub
14 Oktyabr 2020 Prezidentin köməkçisi: “Ermənistan münaqişəni getdikcə gərginləşdirir”
14 Oktyabr 2020 Ərdoğandan ATƏT-in Minsk Qrupuna: “30 ildir baş qatırlar, otururlar, danışırlar və dağılışırlar”
14 Oktyabr 2020 "Mən demişdim ki, Ermənistan müsbət yanaşma göstərməsə, peşman olacaq" - İlham Əliyev