b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_XN12312q.jpg

“Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf ərazilərimizdəki qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti tərəfimizdən beynəlxalq təşkilatlar çərçivəsində qaldırılır”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəzi KİV-də Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki erməni əsilli livanlıların ölkəmizin işğal olunmuş ərazilərinə köçürülməsi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır:

 

“Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb.  Əlbəttə, Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır.

İşğalçı Ermənistanın məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artıraraq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsi və beləliklə də ilhaqçı siyasətin həyata keçirilməsidir”.

XİN rəsmisi bildirib ki, Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı, o cümlədən Ermənistanın Livandakı faciədən öz qanunsuz məqsədləri üçün istifadə etmək niyyətləri ilə bağlı ciddi narazılığımız ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb:

“Ermənistan dərk etməlidir ki, bu qanunsuz fəaliyyət və süni məskunlaşdırma cəhdləri onun gözlədiyi nəticələri verməyəcək. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin Azərbaycanlı əhalisi öz evlərinə və mülklərinə geri qayıdacaq və işğalçı Ermənistan bütün qanunsuz əməllərinə görə cavab verəcək.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın məqsədyönlü məskunlaşdırma siyasətinə son qoyulması tələbimiz bundan sonra da beynəlxalq birlik qarşısında qəti şəkildə qaldırılacaqdır”.


24 Sentyabr 2020 Müdafiə Nazirliyi təlimlərlə bağlı yeni görüntülər yaydı - VİDEO
24 Sentyabr 2020 Mövqelərimiz yenidən atəşə tutuldu - RƏSMİ
23 Sentyabr 2020 Qüdrət Həsənquliyevlə bağlı məsələ böyüyür - Cəzalandırıla bilər
23 Sentyabr 2020 Ordumuzun artilleriya bölmələri atəş açdı - VİDEO
23 Sentyabr 2020 Rəcəb Tayyib Ərdoğan BMT-də Qarabağ problemini qaldırıb
22 Sentyabr 2020 Ceyhun Bayramovdan yüksək vəzifəyə TƏYİNAT
22 Sentyabr 2020 “Əsrin müqaviləsi” Azərbaycanda yeni neft erasının başlanğıcı oldu
21 Sentyabr 2020 Türkiyə PUA-ları Ermənistan sərhədində - FOTO
21 Sentyabr 2020 “Düşmənin təxribata hazırlaşdığı istiqamətlər müəyyənləşib” - Polkovnik
18 Sentyabr 2020 Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı vəsatət verildi
17 Sentyabr 2020 TƏHLÜKƏLİ OYUN! Rusiya Ermənistanı silahlandırır - Bakının müharibə hazırlığı - Həmsəsdlər niyə susur? - ŞƏRH
17 Sentyabr 2020 Sahibə Qafarova və Valentina Matviyenko Moskvada görüşəcəklər
16 Sentyabr 2020 Ermənilər Tərtərdəki mövqelərimizi atəşə tutub - RƏSMİ
15 Sentyabr 2020 Baş nazirin müavini həmsədrlərə müharibə xəbərdarlığı etdi
15 Sentyabr 2020 İlham Əliyev və Ərdoğan arasında telefon danışığı oldu
15 Sentyabr 2020 İlham Əliyev: “Hazırda postpandemiya dövrünə hazırlaşırıq”
14 Sentyabr 2020 SENSASİON İDDİA: İran Süleymaninin ölümünə cavab olaraq ABŞ səfirinə sui-qəsd hazırlayır
14 Sentyabr 2020 Əmircanda yeni park istifadəyə verildi - FOTO
10 Sentyabr 2020 Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
09 Sentyabr 2020 Türkiyəli general İdlibdə şəhid oldu