sfdxfdgfdgg.JPG

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Dağlıq Qarabağ separatçılarının mayın 21-də keçirdikləri qondarma “and içmə” mərasimi zamanı Azərbaycan Ordusunun erməni işğalı altında olan Şuşa şəhərini bombalamamasının səbəbini ilk dəfə açıqlayıb.

Missiya.Az xəbər verir ki, nazir “Real” tv-yə müsahibəsində “Şuşanı niyə vurmadıq?” sualına belə cavab verib:

“Sizin sualınıza cavab verəcəyəm. Hətta bəzi adamlar yalandan deyirlər ki, guya hansısa brifinq olub və mən orada Azərbaycan dilində danışa bilməmişəm. Bu, yalandır. Hətta o yoldaş orada çıxış edən zaman şəxsi tanışlığı olmayan insana “sən” deyə müraciət edir. Bunun özü onun həm Azərbaycan dilini necə bilməsinin, həm tərbiyəsinin, həm də səviyyəsinin göstəricisidir. Bunu qoyaq bir tərəfə.

Orada belə bir fikir səsləndi ki, Müdafiə naziri Prezident İlham Əliyevin qarşısında məsələ qoymalı idi ki, nəsə etsin. Mən istəyirəm ki, bütün bu yoldaşlar eşitsinlər: Prezident nə etmək lazım olduğunu məndən də, onlardan da yaxşı bilir və bunu etdi də”, - Zakir Həsənov vurğulayıb.

Müdafiə naziri bildirib ki, Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusu planlı şəkildə genişmiqyaslı təlimlər keçirib:

“Təlimlərin planına uyğun olaraq, qısa müddətdə bütün istiqamətlərdə minlərlə əsgər, yüzlərlə tank, top cəmləşdi. Ermənilər təşvişə düşdülər və beynəlxalq qurumlara müraciət etməyə başladılar. Bunun özü də ermənilərin işğal siyasətinin beynəlxalq qurumlarda gündəmdə saxlanmasıdır. Onların generalları, siyasətçiləri şikayət etməyə başladılar ki, bizə hədə-qorxu gəlirlər, bu, bizə təzyiqdir və s.

Hətta ABŞ-da hərbi mütəxəssislər də məsələyə münasibət bildirdilər. Dedilər ki, Azərbaycan Ordusunun təlimləri yeni üsullar, yeni taktika ilə keçirilir və ABŞ ordusunun təlimlərinə bənzərdir. Hətta bundan erməni lobbisi təşvişə düşüb. Ermənipərəst senatorun vasitəsilə həm ABŞ-ın müdafiə nazirinə, həm də dövlət katibinə müraciət ediblər ki, Azərbaycanı dayandırın. Baxın, dost görür, düşmən görür, bunlar görmürlər. Bunların məqsədi ayrıdır”.

Qeyd edək ki, mayın 31-də Milli Məclisin iclasında deputat Vahid Əhmədov Müdafiə naziri general-polkovnik Zakir Həsənovu tənqid edib. Deputat çıxışında Z.Həsənovu Azərbaycan dilini təmiz bilməməkdə və Şuşa ilə bağlı verilən sualı cavablandıra bilməməkdə günahlandırıb. Onun bu fikirləri sərt etirazlara səbəb olub.

Report.Az



13 Avqust 2020 Prezident Hulusi Akarı qəbul etdi
12 Avqust 2020 İlham Əliyev Bakıya gətirilmiş yeni "London taksi"ləri ilə tanış olub - VİDEO
11 Avqust 2020 Prezident yeni qanun imzaladı - İnzibati Xətalar Məcəlləsində yeni maddə
11 Avqust 2020 Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovla görüşdü - FOTO
11 Avqust 2020 Azərbaycanın yeni XİN rəhbəri ilk səfəri bu ölkəyə etdi
10 Avqust 2020 Prezident İlham Əliyev açılışda - FOTO
08 Avqust 2020 İşğal olunmuş ərazilərə erməni əsilli livanlıların köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA
08 Avqust 2020 Baş nazirdən magistratura və rezidentura ilə bağlı QƏRAR
08 Avqust 2020 İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu
07 Avqust 2020 Türkiyə-Azərbaycan hərbi təlimlərinin yeni görüntüləri - VİDEO
07 Avqust 2020 Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
06 Avqust 2020 Prezident Tovuza dəyən ziyanla bağlı 1 milyon ayırdı
06 Avqust 2020 Prezident “AzerGold”a üç milyon manat vəsait ayırdı - SƏRƏNCAM
05 Avqust 2020 Azərbaycan Livana bir milyon dollar yardım edəcək
05 Avqust 2020 Əli Əsədovdən peşə təhsili ilə bağlı VACİB QƏRAR
05 Avqust 2020 Azərbaycan Livana maliyyə yardımı göstərəcək
04 Avqust 2020 Dövlət pandemiya ilə bağlı pul verəcək - Yeni iqtisadi paket hazırlanır
04 Avqust 2020 Tramp karantin tədbirlərinə qarşı olduğunu açıqladı: "Zərəri xeyirindən çoxdur"
03 Avqust 2020 Ermənistanın Azərbaycanla sərhəd bölgəsində partlayış baş verib
03 Avqust 2020 DİN Fuad Qəhrəmanlı ilə bağlı iddialara münasibət bildirdi