b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_l5.jpg

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə Heydər Əliyev Mərkəzində qeyri-rəsmi şəraitdə görüş keçirib.

Missiya.az xəbər verir ki, görüşdə media nümayəndələrindən başqa TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabineti yanında operativ qərargahın tibbi eksperti Rəşad Mahmudov da iştirak edib. 

Görüşdə pandemiya dövründə görülən işlərin və operativ qərargahın verdiyi qərarların cəmiyyət tərəfindən necə qarşılanması, eləcə də bu qərarların KİV tərəfindən necə işıqlandırılması kimi məsələlər müzakirə olunub. 

Qeyd olunub ki, bəzi hallarda KİV-lər hər hansı bir xəbəri dəqiqləşdirmədən və ya yanlış başlıqla mediaya verməklə cəmiyyətdə çaşqınlıq yarada bilir. Bu da pandemiya dövründə dövlət strukturları ilə xalq arasında anlaşılmazlıq yaradır. 

Görüşdə dövlət və hökumət üçün ilk növbədə vətəndaşın təhlükəsizliyi və sağlamlığının vacibliyi bir daha vurğulanıb. Bildirilib ki, bütün iqtisadi çətinliklərə baxmayaraq, dövlət xalqın yanındadır və bu çətinlikdən biz həmrəylik göstərərək qurtula bilərik. 

Müzakirə zamanı media nümayəndələrinin təklifləri dinlənilib və Anar Ələkbərov bildirib ki, bu kimi görüşlər mütəmadi olacaq. 

Bu görüşlə dövlət bir daha media nümayəndələrinə açıq, təklif və şikayətləri dinləməyə, dialoqa getməyə hazır olduğunu nümayiş etdirib. Bu çətin dövrdə pandemiya ilə mübarizə aparan ölkə kimi birlik nümayiş etdirməyin vacib məqam olduğu qeyd edilib. Eləcə də, KİV və dövlət qurumları daha operativ əməkdaşlıq edərək problemlərin həllinə nail olacaqlar.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_l4.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_l3.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_l2.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_l1.jpg


14 Avqust 2020 Ermənilərin Gəncəni vuracağı hədələri ilə bağlı nazirlikdən SƏRT REAKSİYA
13 Avqust 2020 Prezident Hulusi Akarı qəbul etdi
12 Avqust 2020 İlham Əliyev Bakıya gətirilmiş yeni "London taksi"ləri ilə tanış olub - VİDEO
11 Avqust 2020 Prezident yeni qanun imzaladı - İnzibati Xətalar Məcəlləsində yeni maddə
11 Avqust 2020 Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovla görüşdü - FOTO
11 Avqust 2020 Azərbaycanın yeni XİN rəhbəri ilk səfəri bu ölkəyə etdi
10 Avqust 2020 Prezident İlham Əliyev açılışda - FOTO
08 Avqust 2020 İşğal olunmuş ərazilərə erməni əsilli livanlıların köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA
08 Avqust 2020 Baş nazirdən magistratura və rezidentura ilə bağlı QƏRAR
08 Avqust 2020 İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu
07 Avqust 2020 Türkiyə-Azərbaycan hərbi təlimlərinin yeni görüntüləri - VİDEO
07 Avqust 2020 Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
06 Avqust 2020 Prezident Tovuza dəyən ziyanla bağlı 1 milyon ayırdı
06 Avqust 2020 Prezident “AzerGold”a üç milyon manat vəsait ayırdı - SƏRƏNCAM
05 Avqust 2020 Azərbaycan Livana bir milyon dollar yardım edəcək
05 Avqust 2020 Əli Əsədovdən peşə təhsili ilə bağlı VACİB QƏRAR
05 Avqust 2020 Azərbaycan Livana maliyyə yardımı göstərəcək
04 Avqust 2020 Dövlət pandemiya ilə bağlı pul verəcək - Yeni iqtisadi paket hazırlanır
04 Avqust 2020 Tramp karantin tədbirlərinə qarşı olduğunu açıqladı: "Zərəri xeyirindən çoxdur"
03 Avqust 2020 Ermənistanın Azərbaycanla sərhəd bölgəsində partlayış baş verib