b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_prezident_270919_02.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransa Respublikasının ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladı.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verdi, matəm kitabına ürək sözlərini yazdılar.

Səfirlə söhbət edən Prezident İlham Əliyev dedi: Cənab səfir, bizim başsağlığımızı qəbul edin. Prezident Şirak Azərbaycanın yaxın dostu olmuşdur. Biz onu mənim atamla şəxsi dostluğu başlayan dövrdən tanıyırıq və onların birgə səyləri nəticəsində ölkələrimiz arasında çox yaxın tərəfdaşlıq münasibətləri qurulmuşdur. Biz onunla görüşlərimizi xatırlayırıq. Bildiyiniz kimi, mən ilk dəfə Prezident seçiləndə, xaricə etdiyim ilk rəsmi səfər Fransaya olmuşdur. O vaxt Prezident Şirak məni rəsmi səfərə dəvət edən ilk xarici dövlət başçısı olmuşdur və bu, bizim əməkdaşlığın çox yaxşı göstəricisi idi. O vaxtdan bəri ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir. Bu yaxınlarda sizinlə də görüşdə mən ölkənizin prezidentləri ilə görüşlərdən xatirələrimi bölüşdüm. Bir daha bizim başsağlığımızı qəbul etməyinizi xahiş edirəm.

Səfir Zakari Qros dedi: Cənab Prezident, hörmətli Birinci vitse-prezident, buraya gəlməyinizə və sözlərinizə görə Sizə təşəkkür edirəm. Prezident Makron və Fransa xalqı adından səmimi sözlərinizi və burada olmağınızı yüksək qiymətləndirdiyimizi bildirmək istəyirəm. Sizin də qeyd etdiyiniz kimi, Prezident Şirak Fransada və beynəlxalq arenada birləşdirici rol oynayaraq sülhü təşviq etmiş dövlət xadimi olmuşdur. Gəlişiniz bizi təsirləndirdi, Sizə minnətdaram.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_prezident_270919_03.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_prezident_270919_04.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_prezident_270919_05.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_gggcccgbfgf.JPG
 
17 Fevral 2020 Ayaz Mütəllibov Paşinyanın ittihamlarına CAVAB VERDİ - VİDEO
17 Fevral 2020 MSK bu gün yenə toplanır - Nəticələr ləğv ediləcəkmi?
15 Fevral 2020 MSK bir şikayəti əsassız hesab etdi - RƏSMİ
14 Fevral 2020 Qənirə Paşayevadan spiker olacağı ilə bağlı xəbərlərə daha bir REAKSİYA
14 Fevral 2020 Dövlətə xəyanətdə ittiham olunan Fəxrəddin Abbasova ağır cəza
14 Fevral 2020 İlham Əliyev Münxendə Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb - FOTO
13 Fevral 2020 MSK ATƏT/DTİHB-nin müraciətini təmin etdi
13 Fevral 2020 Hadi Rəcəblinin də dairəsinin nəticələri ləğv edildi
13 Fevral 2020 Hadi Rəcəblinin nəticələrinin ləğv olunması xəbərinə AÇIQLAMA
12 Fevral 2020 BŞİH mitinqlə bağlı qərar verdi
12 Fevral 2020 Yeni parlamentdəki dəyişikliklər rəqəmlərdə - TƏHLİL
11 Fevral 2020 Ərdoğan Azərbaycana gəlir
11 Fevral 2020 Prezident: "Bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq"
10 Fevral 2020 Prezident Pirallahıda açılışda
10 Fevral 2020 Bu şəxslərin nəticələri ləğv oluna bilər - SİYAHI
09 Fevral 2020 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı
08 Fevral 2020 "Seçkilər İlham Əliyevin islahatlarının davamı olacaq" -Saakaşvili
07 Fevral 2020 Vladimir Jirinovski: “Rusiyadan yalnız Azərbaycan üz döndərməyəcək”
06 Fevral 2020 Prezident Çindən təxliyə olunan azərbaycanlılarla bağlı göstəriş verdi
06 Fevral 2020 İlham Əliyev: “Avropa Şurasında deqradasiya prosesi gedir”