b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1535975412_untitled-1q.jpg

“İqtidar və müxalifət partiyalarının, vətəndaş cəmiyyətinin nümayəndələrinin və media qurumlarının rəhbərlərinin ölkəmizdə dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın sosial rifah halının yaxşılaşdırılması, beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi istiqamətində bir araya gəlməsi və birgə müzakirələr aparması çox müsbət haldır. Belə görüşlər demokratik cəmiyyətdə yarana biləcək hər hansı mənfi halların qarşısının alınmasında mühüm rol oynaya bilər. Hesab edirəm ki, bu kimi dialoqlar davam etdirilməlidir.” Bu fikirləri Millət vəkil Xanlar Fətiyev söyləyib. Onun sözlərinə görə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, xaricdən sabitliyimizin pozulmasına yönələ biləcək təsirlərinin qarşısının alınması üçün hər bir ölkə vətəndaşı birlik nümayiş etdirməlidir".

“Keçirilən dəyirmi masada qəbul olunan bəyanatlar onu göstərir ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu quruculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyi zəruridir. Bundan başqa tədbir iştirakçıları ölkədə həyata keçirilən və keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır,  seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri sayırlar”deyə X.Fətiyev əlavə edib.

X. Fətiyev bildirib ki, böyük əziyyət və siyasi iradə sayəsində ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanda sabitliyi qorumaq və ölkəmizin dünyada iqtisadi gücə çevrilməsi üçün cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasəti dəstəkləyərək dövlətçiliyimizin qorunması üçün hər birimiz var gücümüzlə çalışmalıyıq.

“Azərbaycan torpaqları işğal altında olan bir ölkədir. Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla, atılacaq addımları birmənalı şəkildə müdafiə edəcək bir bəyanatın ölkənin siyasi partiyaları, vətəndaş cəmiyyəti və media qurumlarının nümayəndələri tərəfində birgə bəyan edilməsi çox mühüm addımdır” deyə millət vəkili bildirib.



10 Avqust 2020 Prezident İlham Əliyev açılışda - FOTO
08 Avqust 2020 İşğal olunmuş ərazilərə erməni əsilli livanlıların köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA
08 Avqust 2020 Baş nazirdən magistratura və rezidentura ilə bağlı QƏRAR
08 Avqust 2020 İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu
07 Avqust 2020 Türkiyə-Azərbaycan hərbi təlimlərinin yeni görüntüləri - VİDEO
07 Avqust 2020 Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
06 Avqust 2020 Prezident Tovuza dəyən ziyanla bağlı 1 milyon ayırdı
06 Avqust 2020 Prezident “AzerGold”a üç milyon manat vəsait ayırdı - SƏRƏNCAM
05 Avqust 2020 Azərbaycan Livana bir milyon dollar yardım edəcək
05 Avqust 2020 Əli Əsədovdən peşə təhsili ilə bağlı VACİB QƏRAR
05 Avqust 2020 Azərbaycan Livana maliyyə yardımı göstərəcək
04 Avqust 2020 Dövlət pandemiya ilə bağlı pul verəcək - Yeni iqtisadi paket hazırlanır
04 Avqust 2020 Tramp karantin tədbirlərinə qarşı olduğunu açıqladı: "Zərəri xeyirindən çoxdur"
03 Avqust 2020 Ermənistanın Azərbaycanla sərhəd bölgəsində partlayış baş verib
03 Avqust 2020 DİN Fuad Qəhrəmanlı ilə bağlı iddialara münasibət bildirdi
03 Avqust 2020 Ermənistanla Faşist Almaniyası arasında oxşarlıqlar nədir?
01 Avqust 2020 Hikmət Hacıyev: Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı
01 Avqust 2020 Müdafiə Nazirliyi: Azərbaycan Ordusu düşmən müdafiəsinin dərinliyindəki seçilmiş hərbi obyektlərə zərbə endirmək iqtidarındadır
31 İyul 2020 Milli Məclisin növbədənkənar sessiyası çağırıldı - SƏRƏNCAM
30 İyul 2020 “Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı”