b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1606988661_6178eee1-9cac-31d2-960b-075552ccf435_850.jpg
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
 
Missiya.Az xəbər verir ki, məlumatda deyilir:
 
Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.
 
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
 
Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.
 
Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.
 
Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur.
 
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir.


15 Yanvar 2021 Akopyanın Moskva səfərinin təfərrüatı: 10 silahlı mühafizəçi ilə alış-veriş edib - FOTO
15 Yanvar 2021 Mehriban Əliyeva: "İşğaldan azad olunan qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm"
15 Yanvar 2021 İlham Əliyev Vaqif türbəsini ziyarət edib
15 Yanvar 2021 Güllələnmiş heykəllər Şuşaya qaytarıldı - Fotolar
15 Yanvar 2021 Putinlə Paşinyan arasında söhbətin təfərrüatı məlum olub - Erməni qəzeti
15 Yanvar 2021 Mehriban Əliyeva Şuşaya səfərlə bağlı yeni paylaşım edib
14 Yanvar 2021 Paşinyanın köməkçisi: "Bilirsiniz ki, Qarabağ Azərbaycan ərazisidir" - VİDEO
14 Yanvar 2021 Vüqar Səfərli həbs edildi - RƏSMİ
14 Yanvar 2021 Rusiya Paşinyanı niyə hakimiyyətdə saxlayır? - Erməni ekspert Moskvanın planını AÇIQLADI
14 Yanvar 2021 "Paşinyanın Moskva səfəri həm siyasi-diplomatik, həm də etik baxımdan biabırçılıqdır" - Erməni mediası
14 Yanvar 2021 Putin Paşinyanı 1 həftə karantində saxlayıb - İDDİA
14 Yanvar 2021 İşğaldan azad edilmiş Füzulinin daha bir kəndindən görüntülər - VİDEO
14 Yanvar 2021 Tramp ABŞ-ın iki dəfə impiçment elan edilən ilk prezidenti oldu
13 Yanvar 2021 Medianın İnkişafı Agentliyi jurnalistikaya körpü olsun - Buzlar əriyir
13 Yanvar 2021 İCESCO-nun Baş direktoru Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
13 Yanvar 2021 “Azərbaycanın növbəti hədəfi Ermənistanı nəzarət altına almaqdır” – Erməni ictimaiyyəti təşviş içində
13 Yanvar 2021 ICESCO-nun Baş direktoru Azərbaycan Prezidentinə Qələbə münasibətilə xatirə hədiyyəsi verib
13 Yanvar 2021 Türkiyə nüvə silahı əldə edəcək? - Pakistanla gizli danışıqlar iddiasına REAKSİYA
12 Yanvar 2021 "Ölmüş əsgərin ailəsi mənimlə şəkil çəkdirmək istəmirsə, görüşə getmirəm" - Paşinyanın arvadı
12 Yanvar 2021 “Ay axmaq, sənin yolların kimə lazımdır?” – 11 yanvar bəyanatına erməni baxışı