b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_fgfghfghhhghg.jpg Noyabrın 30-da saat 18:00-da Laçın, Zabux və Sus yaşayış məntəqələrindəki sakinlərin öz evlərini tərk etmə müddəti başa çatıb. Bəzi ailələr bildiriblər ki, onlar qaldıqları yerləri tərk etməyə hazırlaşmırlar. Digər ailələr getməmişdən əvvəl evlərini yandırıblar.
 
Üçtərəfli bəyanata görə, Laçın rayonu dekabrın 1-dək Azərbaycana verilməlidir. Laçının qaulyayteri Müşeq Alaverdyan əvvəlcə insanların təhlükəsizlik baxımından evlərini tərk etdiklərini söyləmişdi. Ancaq bu gün məlumat alınıb ki, Rusiyanın sülhməramlı kontingentinin şəxsi heyətinə xidmət etmək üçün 200 nəfər Laçında qalmalıdır.
 
Missiya.Az xəbər verir ki, jurnalist Arman Qəribyanın Laçından Ermənistanın lragir.am. nəşrinə verdiyi məlumatda belə deyilir.
 
Azərbaycan qoşunları gecəyarısı rayon ərazisinə daxil oldu
 
"Dünən administrasiyanın başçısı mənə demişdi ki, insanlar qalır, amma bu gün o, artıq yerindədir, kəndlərə gedir ki, insanların onları tərk etdiklərinə əmin olsun. Mən administrasiya aparatının başçısı David Davtyanla görüşdüm, dedi ki, dünən onların naziri burada olub və deyib ki, həmin icmaların üçü ermənilərin nəzarəti altında qalır.  Amma bu gün səhər onlara həmin nazirlikdən zəng edib deyiblər ki, saat 18:00-dək əhali icmaları tərk etməlidir. Laçında yalnız 200 nəfər xidmətçi-işçi kimi qala bilər. Bu insanların siyahısını Rusiya sülhməramlıları verib ki, onlar üçün buraxılış yazsınlar", - deyə o bildirib.
 
Arman Qəribyanın sözlərinə görə, administrasiyada azərbaycanlıların icmalara nə vaxt gələcəyini bilmirlər: "Administrasiyanın əməkdaşları deyirlər ki, azərbaycanlılar rayona daxil olana qədər onlar burada qalacaqlar".
 
"Zabuxda evə qayıtmaq ümidi ilə onları yandırmırlar. Laçında isə evlər yandırılıb. Administrasiya rəhbəri deyir ki, Laçında çoxuşaqlı ailələr var və onlar getməkdən imtina edirlər, çünki getməyə yerləri yoxdur, gözləyirlər ki, azərbaycanlılar gəlsinlər, görsünlər necə olacaq", - deyə o vurğulayıb.
 
Berdzorda əsasən Ermənistan sakinləri yaşadıqlarına görə, onlar yenidən Ermənistana qayıdırlar.
 
"Ruslar artıq gəlib Laçın meriyasından erməni bayrağını çıxarıblar və qaulyayterə veriblər. Deyirlər ki, kimlərsə qala bilər, çünki ruslara xidmət edən briqada lazımdır", - deyə o qeyd edib.///Virtualaz.org


15 Yanvar 2021 Akopyanın Moskva səfərinin təfərrüatı: 10 silahlı mühafizəçi ilə alış-veriş edib - FOTO
15 Yanvar 2021 Mehriban Əliyeva: "İşğaldan azad olunan qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm"
15 Yanvar 2021 İlham Əliyev Vaqif türbəsini ziyarət edib
15 Yanvar 2021 Güllələnmiş heykəllər Şuşaya qaytarıldı - Fotolar
15 Yanvar 2021 Putinlə Paşinyan arasında söhbətin təfərrüatı məlum olub - Erməni qəzeti
15 Yanvar 2021 Mehriban Əliyeva Şuşaya səfərlə bağlı yeni paylaşım edib
14 Yanvar 2021 Paşinyanın köməkçisi: "Bilirsiniz ki, Qarabağ Azərbaycan ərazisidir" - VİDEO
14 Yanvar 2021 Vüqar Səfərli həbs edildi - RƏSMİ
14 Yanvar 2021 Rusiya Paşinyanı niyə hakimiyyətdə saxlayır? - Erməni ekspert Moskvanın planını AÇIQLADI
14 Yanvar 2021 "Paşinyanın Moskva səfəri həm siyasi-diplomatik, həm də etik baxımdan biabırçılıqdır" - Erməni mediası
14 Yanvar 2021 Putin Paşinyanı 1 həftə karantində saxlayıb - İDDİA
14 Yanvar 2021 İşğaldan azad edilmiş Füzulinin daha bir kəndindən görüntülər - VİDEO
14 Yanvar 2021 Tramp ABŞ-ın iki dəfə impiçment elan edilən ilk prezidenti oldu
13 Yanvar 2021 Medianın İnkişafı Agentliyi jurnalistikaya körpü olsun - Buzlar əriyir
13 Yanvar 2021 İCESCO-nun Baş direktoru Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
13 Yanvar 2021 “Azərbaycanın növbəti hədəfi Ermənistanı nəzarət altına almaqdır” – Erməni ictimaiyyəti təşviş içində
13 Yanvar 2021 ICESCO-nun Baş direktoru Azərbaycan Prezidentinə Qələbə münasibətilə xatirə hədiyyəsi verib
13 Yanvar 2021 Türkiyə nüvə silahı əldə edəcək? - Pakistanla gizli danışıqlar iddiasına REAKSİYA
12 Yanvar 2021 "Ölmüş əsgərin ailəsi mənimlə şəkil çəkdirmək istəmirsə, görüşə getmirəm" - Paşinyanın arvadı
12 Yanvar 2021 “Ay axmaq, sənin yolların kimə lazımdır?” – 11 yanvar bəyanatına erməni baxışı