ggdffhfjghghjgjjjg.jpg

“Ermənistan artıq 3-cü dəfədir ki, beynəlxalq birliyinin çağırışlarından sonra əldə olunan humanitar atəşkəs rejimini pozur. Rəsmi məlumata görə, bu gün saat 08:00-da qüvvəyə minmiş atəşkəs rejimi cəmi 5 dəqiqə sonra Azərbaycan Silahlı Qüvvələrinin Laçın rayonu Səfiyan kəndindəki bölmələrini atəşə tutub. Həmçinin düşmən səhər saatlarından başlayaraq mülki əhalinin yaşadığı əraziləri bombalamağa başlayıb. Atəşkəs qüvvəyə mindikdən sonra Azərbaycanın səkkiz şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. Ermənistan hərbi-siyasi rəhbərliyi isə dünya birliyini aldatmaqda davam edir. Nikol Paşinyan yalvararaq atəşkəs əldə edir, sonra onu pozmaq üçün hər vasitəyə əl atır”.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Ermənistanın 3-cü dəfə humanitar atəşkəs rejimini pozması barədə danışarkən deyib.

Ramin Əhmədov qeyd edib ki, Ermənistan rəhbərliyinin humanitar atəşkəs rejimini pozmaqda əsas məqsədi itirilmiş mövqelərini bərpa etməkdir: “Ermənistan hər atəşkəs dövründə itirilmiş mövqeləri ələ keçirməyə cəhd göstərsə də, Azərbaycan Ordusunun müqaviməti qarşısında geri çəkilməyə məcbur olub. Azərbaycan Ordusu Ermənistanın bütün hücumlarının qarşısını qətiyyətlə alacaq və azad etdiyi heç bir mövqedən geri çəkilməyəcək. Rəsmi İrəvan 3-cü dəfə humanitar atəşkəs rejimi pozmzaqla Azərbaycanı adekvat tədbirlər görməyə məcbur edir. Yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-isyasi rəhbərliyinin üzərinə düşür”.

YAP rəsmisi Azərbaycanın beynəlxalq hüquqla tənzimlənən özünümüdafiə hüququndan istifadə etdiyini qeyd edib: “Ona görə də hamını aldatmağa açılşan Paşinyan anlamalıdır ki, belə pozucu addımları ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə danışıqlar yolu ilə nail ola bilməyəcək. Ermənistan sülh istəmir və atəşkəsin davamlı olmasında niyyətli deyil. Rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyi müharibənin onlar üçün hansı dağıdıcı nəticələrlə yekunlaşacağı barədə bir daha düşünməli və qoşunlarını dərhal Azərbaycan torpaqlarından çıxarmalıdırlar”. 


30 Noyabr 2020 Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri gətirilib - VİDEO
30 Noyabr 2020 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA
30 Noyabr 2020 İraq Parlamentinin Baş katibi Azərbaycan Prezidentinə məktub yazıb
30 Noyabr 2020 Azərbaycan əsgərlərini təhdid edən rahib İrəvana qaçıb - FOTO
30 Noyabr 2020 Mövcud yoluxma səviyyəsi sərt karantinin tətbiqini qaçılmaz edir - XƏBƏRDARLIQ
30 Noyabr 2020 Ölkədə COVİD 19-la bağlı CİDDİ TƏHLÜKƏ – Vəziyyət nəzarətdən çıxa bilər – Qorxulu gedişat
29 Noyabr 2020 Şuşaya qar yağdı, 28 il sonra ilk dəfə görüntüləndi - VİDEO
28 Noyabr 2020 Hikmət Hacıyev Ağdamda göz yaşlarını saxlaya bilmədi - VİDEO
28 Noyabr 2020 Fuat Oktay: "Başqa ölkələr kar və kor olarkən biz Azərbaycanın yanında olduq"
28 Noyabr 2020 Hikmət Cavadov Krım tatarlarının lideri ilə görüşdü - FOTO
27 Noyabr 2020 Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - Debat və müzakirələr
27 Noyabr 2020 Əsirlikdə olan Amin Musayevin yeni FOTOsu yayıldı - Vəziyyəti yaxşıdır
27 Noyabr 2020 Azərbaycanda koronavirusa yoluxma anti-rekord həddə çatdı
27 Noyabr 2020 “Ermənilərin ekoloji terrorizmi” mövzusunda seminar keçirilib
27 Noyabr 2020 Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılacaq
27 Noyabr 2020 Sədaqət Vəliyeva: Kəlbəcərin azad olunması Azərbaycanın möhtəşəm tarixi qələbəsini bir daha təsdiq edir
27 Noyabr 2020 Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək
27 Noyabr 2020 Səhiyyə Nazirliyindən COVİD-19-la bağlı təhlükəli PROQNOZ
27 Noyabr 2020 Paşinyan bir saatda 2 dəfə Putinə zəng edib
27 Noyabr 2020 Tələbə bu görüntülərə görə BDU-dan qovuldu - VİDEO