b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_fgghgjghjhjgghjhgj.jpg

Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedyevə məktub ünvanlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə YAP-ın mətbuat xidmətindən məlumat verilib.

“Bu günlərdə Rusiya Federasiyasının Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan üzvü Vitali Milonovun Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub, onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib.

Bu qanunsuz səfər Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimə dəstəyin ifadəsi olub, Azərbaycan ilə Rusiya arasındakı hərtərəfli dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir”, - deyə məktubda bildirilib.

Əli Əhmədovun məktubunda Milonovun “Vahid Rusiya” partiyasının üzvü olması vurğulanaraq qeyd edilir ki, onun bu addımı indiyədək ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edən Yeni Azərbaycan Partiyası tərəfindən xüsusi təəssüf hissi ilə qarşılanır.

“Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz addımı ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirən Rusiya Federasiyasının illər ərzində apardığı fəaliyyətlə ziddiyyət təşkil edir.

Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatının nəticəsində başlayan döyüşlərin getdiyi bir vaxtda işğalçıya rəğbət ifadə edən səfərdə iştirak etmək Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən rəsmi mövqeyinə qarşı çıxmaq deməkdir.

Gələcəkdə Rusiyanın rəsmi şəxsləri tərəfindən bu cür qanunsuz və təxribatçı fəaliyyətlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görüləcəyinə ümid edirik”, - deyə məktubda qeyd olunub.


27 Noyabr 2020 Sədaqət Vəliyeva: Kəlbəcərin azad olunması Azərbaycanın möhtəşəm tarixi qələbəsini bir daha təsdiq edir
27 Noyabr 2020 Tələbə bu görüntülərə görə BDU-dan qovuldu - VİDEO
26 Noyabr 2020 Azərbaycan Fransaya nota verib
26 Noyabr 2020 Azərbaycanda koronavirusa yoluxmada yeni anti-rekord, 32 nəfər vəfat edib
26 Noyabr 2020 Maksim Şevçenko: “Çətin ki, Fransa bundan sonra vasitəçilər sırasında qala bilsin”
26 Noyabr 2020 Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə müraciət edib
26 Noyabr 2020 Ermənilər indi də Laçın rayonunda evləri yandırmağa başlayıb - FOTO
25 Noyabr 2020 "Qolodomor" muzeyinin audio bələdçisi Azərbaycan dilində də "danışacaq" - FOTO
25 Noyabr 2020 "Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var" - Səfir
25 Noyabr 2020 Gəncədə kəlbəcərlilərin zəfər sevinci - VİDEO
25 Noyabr 2020 “İlham Əliyev cəbhə hakimiyyətinin daha bir xəyanətinin nəticəsini aradan qaldırdı” – Ramin Əhmədov
25 Noyabr 2020 “Vikipediya”da türk dünyası ilə bağlı məqalələr zənginləşdirilir
25 Noyabr 2020 Dövlət başçısı: "Hanı o xəritələr? Hamısı məhv oldu"
25 Noyabr 2020 Erməni həkimdən ŞOK ETİRAF: "Paşinyan orduya göndərilən 50 min yuxu çantasını satıb"
25 Noyabr 2020 Bu da azad edilmiş Kəlbəcər - YENİ FOTOLAR
25 Noyabr 2020 Ordumuzun Kəlbəcərə daxil olmasının yeni görüntüləri - VİDEO
24 Noyabr 2020 Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ
24 Noyabr 2020 Türkiyə əsgərləri də Qarabağda partul xidməti aparacaq - Hulusi Akar
24 Noyabr 2020 Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək - SƏRƏNCAM
24 Noyabr 2020 Putindən Qarabağla bağlı yeni açıqlama