b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_hebs.jpg

Zərdabda bələdiyyə sədri və keçmiş icra nümayəndəsinin həbsinin görüntüləri yayılıb.

Missiya.Az xəbər verir ki, görüntülərdə Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Xəlilov Sahib Osman oğlu və Zərdab Rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Xəlilov Rahib Yediyar oğlunun vətəndaşdan rüşvət aldıqları öz əksini tapıb.

Ötən gün Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib ki, həyata keçirilməkdə olan belə tədbirlərin davamı kimi, Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Xəlilov Sahib Osman oğlu və Zərdab rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Xəlilov Rahib Yediyar oğlunun bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini tərtib etdikləri 2007-ci il tarixli saxta icarə müqaviləsi əsasında 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verilməsi müqabilində vətəndaşdan 10 min manat pul vəsaitini rüşvət qismində istəmələri barədə müraciət əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparlıb.

Daxil olan məlumat əsasında Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə Sahib Xəlilov və Rahib Xəlilovun qeyd edilən 10 min manat məbləğinin 500 manatını 18.07.2020-ci il tarixdə tanışlarının adına olan “Kapital bank” ASC-yə məxsus plastik karta yüklənməsinə nail olmaqla, habelə, qalan məbləğin 1.500 manatını isə 22.07.2020-ci il tarixdə Zərdab rayonu, Aşağı Seyidlər kəndində almaları təsbit edilmiş, həmin şəxslər 28 iyul 2020-ci il tarixdə vətəndaşdan tələb etdikləri məbləğin 5 min manatını Zərdab rayonu ərazisində yerləşən kafelərdən birində alarkən cinayət başında yaxalanıblar.

Göstərilən faktlar əsasında 28 iyul 2020-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə alma) və 313-cü (vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Xəlilov Sahib Osman oğlu və Xəlilov Rahib Yediyar oğlunun Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən sonuncular 28 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



07 Avqust 2020 "Cəmiyyət varsa, müəyyən problemlər də olmalıdır" - Siyavuş Novruzov
06 Avqust 2020 “Biz başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur” - Video
06 Avqust 2020 Prezident dövlət şirkətlərini tənqid etdi
06 Avqust 2020 Avqustda da 190 manat veriləcək - İlham Əliyevdən tapşırıq
06 Avqust 2020 İlham Əliyev: “Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”
06 Avqust 2020 "Erkin Qədirlinin xəbəri yoxdur ki, məktəblərdə rüblər ləğv olunub" - Təhsil Eksperti
06 Avqust 2020 Prezident koronavirusla bağlı müşavirə keçirdi
06 Avqust 2020 Bakıda məşhur restoranda polis əməliyyatı - Qaçan müştəri belə tutuldu - VİDEO
06 Avqust 2020 Xüsusi karantində gizli nişan keçirdilər - FOTO
06 Avqust 2020 Azərbaycanda vəzifəli şəxsə ağır itki - FOTO
05 Avqust 2020 Bakıda bir milyon manatlıq qızılı oğurlanan şəxs kimdir? - DETALLAR
05 Avqust 2020 Prezident Dövlət Agentliyinə vəsait ayırdı
05 Avqust 2020 Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq
04 Avqust 2020 Beyrutdakı partlayışda ölənlərin sayı 30 nəfərə çatdı, minlərlə yaralı var
04 Avqust 2020 Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb - VİDEO
04 Avqust 2020 Prezident yeni parkda görüləcək işlərlə tanış oldu - FOTO
04 Avqust 2020 İki vəzifəli şəxs məsuliyyətə cəlb olunub - RƏSMİ
04 Avqust 2020 Fəttah Heydərov vəfat etdi - 1-ci Fəxri xiyabanda dəfn olunacaq
03 Avqust 2020 Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - RƏSMİ
03 Avqust 2020 Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırıb - VİDEO