b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_1572010230_untitled-1.jpg
Prezident İlham Əliyev Azərbaycan televiziyalarına müsahibəsində Azərbaycanın iqtisadi gücündən, pandemiyanın iqtisadiyyatımızda yaratdığı geriləmələrdən və son 6 ay ərzində qeyri-neft sektorunda artımdan danışıb. Ölkə başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğrayıb.

Prezidentdən sitat: “Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və pandemiya bizim ölkəmizdə də iqtisadi vəziyyətə mənfi təsir göstərmişdir. Pandemiya gözəl nəticələr vəd edən iqtisadi planlara müdaxilə etdi. Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı”.

Azərbaycanda iqtisadiyyatında geriləmələrə dünya bazarında neft qiymətlərinin kəskin ucuzlaşaması ilə yanaşı ölkənin daxilində əhalinin sağlamlığının qorunması məqsədi ilə tətbiq olunan karantin rejimlərinin rolu var. Nəzərə almaq lazımdır ki, bütün dünyada olduğu kimi pandemiya Azərbaycanda da bir çox sahələrin fəaliyyətini iflic edib.

Fəaliyyəti iflic olan sektorlar bunlardır:

- ölkədaxili turizm;

- xaricdən gələn turist axını;

- otelçilik;

- daxili ticarəti;

- toy biznesi;

- hava nəqliyyatı və digər bir çox sahələr iflic vəziyyətdədir.

Azərbaycan son illər xaricdən turist cəlb etmək yolunda böyük məsafə qat etmişdi. Amma pandemiya ölkəmizə xaricdən turist axının qarşısında səd çəkdi. Ölkəmiz demək olar ki, turist qəbul edə bilmir. Həmçinin bəzi rayonlar və şəhərlər arasında giriş-çıxış məhdudiyyətləri tətbiq olunduğu üçün bölgələrdəki istirahət məkanları boş qalıb. Digər tərəfdən, qonşu ölkələrlə sərhədlərin uzun müddət bağlı qalması yerli əhalinin ticarət əlaqələrinə və günlük qazanclarına problemlər yaradıb.

Bu problemlərlə təkcə Azərbaycan deyil, dünyanın bütün ölkələri qarşılaşıb. Çünki bütün ölkələr Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri əsasında karantin rejimlərini eyni sxem üzrə tətbiq edir. Prezident hazırki dövrdə Azərbaycan iqtisadiyyatında geriləmələrdən danışarkən, iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişafın olduğunu da qeyd edib.

Prezidentdən sitat: “İqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişaf müşahidə olunur. Beş ayın yekunlarına görə kənd təsərrüfatında 3 faizdən çox artım vardır. Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub. Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində Azərbaycanın valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıb”.

Azərbaycan iqtisadiyyatındakı artımların əsas səbəbi isə pandemiya dövründən əvvəl həyata keçirilən düzgün strategiya, qeyri-neft sektoruna, qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlara göstərinən dövlət qayğısıdır. Ölkəmizin iqtisadi reytinqları beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. 

Dünya Bankının hazırladığı “Doing Business” reytinqində Azərbaycan hər il olduğu kimi bu il də irəliləyişlərə nail olub. Azərbaycan Dünya Bankının hazırladığı son “Doing Business 2020” hesabatında islahatları inkişaf etdirən 20 ölkə sırasında yer alıb.

“Davamlı inkişaf hesabatı - 2020” sənədində Azərbaycan dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı təqdim olunan rəqəmlər 2000-ci illərin əvvəllərindən qarşıya qoyulan hədəflərin real nəticələridir. Biz real sektora qoyulan sərmayənin əhəmiyyətini pandemiya dövründə daha çox hiss edirik. Hazırda neft ixracından əldə olunan vəsait kəskin azalması nəticəsində gəlirlərimiz nəzərəçarpacaq dərəcədə azalıb. Həmçinin pandemiyanın gətirdiyi məhdudiyyətlər digər sektorların da işini iflic vəziyyətə salıb. Amma Azərbaycanda pensiyaların, maaşların, sosial müavinətlərin, təqaüdlərin verilməsində heç bir problem yaranmayıb. Hər bir vətəndaş öz müavinətini vaxtında əldə edir.

Azərbaycan dövləti öz vətəndaşı qarşısındakı məsuliyyətini tam şəkildə həyata keçirir. Pandemiya dövlətin üzərinə əlavə maliyyə yükü gətirir, iş yerlərinin fəaliyyəti müvəqqəti dayandırılır, sahibkarlar ciddi maliyyə itkiləri ilə qarşılaşırlar. Amma onların güvəndiyi ünvan var - Azərbaycan dövləti! Onların inandığı rəhbər var – İlham Əliyev!

Bütün çətinliklərə baxmayaraq, heç bir sosial layihə təxirə salınmayıb və bundan sonra da belə bir addımın atılması nəzərdə tutulmur. Ölkə başçısı dəfələrlə çıxışlarında bu barədə danışıb.

Müşahidələr göstərir ki, Azərbaycan dövləti əvvəlki dövrlərdə olduğu kimi, pandemiya dövründə də vətəndaşın sosial və maddi problemlərini tam şəkildə həll etmək gücündədir. Prezident öz çıxışlarında dəfələrlə bəyan edib ki, dünya bazarlarında neft qiymətləri ən minimum həddə düşsə belə, Azərbaycan ayaqda durmağı bacaracaq. Bütün bu uğurların kökündə isə sözssüz ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi layihələr, pandemiya dövründə tətbiq edilən düzgün mübarizə metodları dayanır.


03 Avqust 2020 Bu qadağalar avqustun 31-dək qüvvədə qalır - SİYAHI
03 Avqust 2020 Sanki mübarək partlayışa hazırlıq gedirdi - Azərbaycan Diasporunun qalibiyyət sirri
01 Avqust 2020 Bir gündə 53 nəfərin koronavirusa yoluxduğu məhəllədə son vəziyyət - VİDEO
31 İyul 2020 Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb
31 İyul 2020 Azərbaycanda bayram namazı qılınıb - CANLI YAYIMDA
30 İyul 2020 Bələdiyyə sədri və keçmiş icra nümayəndəsi rüşvəti belə alırmış - VİDEO
30 İyul 2020 Təhsil Nazirliyinə iki milyon manat vəsait ayrıldı - SƏRƏNCAM
30 İyul 2020 Azəriqaz” bayram günləri gücləndirilmiş rejimdə çalışacaq
30 İyul 2020 İlham Əliyev general Polad Həşimovla bağlı MÜHÜM TAPŞIRIQLAR VERDİ
30 İyul 2020 Şəkidə də modul tipli xəstəxana açıldı - FOTO
30 İyul 2020 “Azərbaycan bizi aclıqdan xilas etdi, bunu unutmarıq” - Mixeil Saakaşvili
30 İyul 2020 Nyu-Yorkda Qarabağ şüarlarını daşıyan təyyarə havaya qaldırılıb
29 İyul 2020 Bu gündən Həcc ziyarəti başlayıb - VİDEO
29 İyul 2020 Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxdu, 622 nəfər sağaldı
29 İyul 2020 Nərminin qətlində təqsirləndirilən İlkinlə bağlı QƏRAR VERİLDİ
29 İyul 2020 Sosial şəbəkələrdə təhqiramiz fikirlər yazanlar cərimələnəcək - Türkiyədə
29 İyul 2020 Prezident İsmayıllıda modul tipli xəstəxananın açılışında - FOTO
29 İyul 2020 İlham Əliyev İsmayıllıda təməlqoyma mərasimində - FOTO
29 İyul 2020 Prezident Qobustanda modul tipli xəstəxananın açılışında
29 İyul 2020 Rus generallar Tovuz təxribatında iştirak edib? – Politoloqdan sensassion açıqlama