b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_zcc.jpg

Sabahdan Azərbaycanda 8 gün qeyri-iş günü olacaq. Baş Nazir Əli Əsədov 15 may 2020-ci il tarixli, 177 saylı “Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” qərar imzalayıb.

Missiya.az xəbər verir ki, 2020-ci il istehsalat təqviminə uyğun olaraq 24 və 25 may tarixləri Ramazan Bayramına təsadüf edir. Bundan əlavə, 28 may tarixi də Respublika günü olduğu üçün qeyri-iş günü hesab edilir. Qeyd edək ki, Ramazan Bayramının ikinci gününün bazar günü olan 24 may 2020-ci il tarixinə təsadüf etməsi səbəbindən 26 may 2020-ci  il tarixi də qeyri-iş günü hesab olunur.

Nazirlər Kabinetinin müvafiq qərarında qeyd edilir ki, xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilsin. Beləliklə, xüsusi iş rejiminin tətbiqi nəticəsində beşgünlük iş rejimində 29 may 2020-ci il tarixi qeyri-iş günü olacaq. Altıgünlük iş həftəsində çalışanlar üçün xüsusi iş rejiminin tətbiq dairəsinə isə 3 gün – 23, 29 və 30 may tarixləri təsadüf etdiyi üçün həmin günlər qeyri-iş günləri hesab ediləcək. Yəni, işəgötürən xüsusi əmək rejimi tətbiq edilən günləri qeyri-iş günləri hesab etsə də, həmin günlər üçün işçilərə əmək haqqı  hesablamalıdır.



15 Avqust 2020 Şimşək çaxacaq, yağış yağacaq - Bu günə gözlənilən hava
14 Avqust 2020 Eldar Həsənovun barəsində həbs qətimkan tədbiri seçildi - Yeniləndi
14 Avqust 2020 Paşinyan BBC-də biabır oldu - Video
14 Avqust 2020 Mədəniyyət Nazirliyində yeni təyinat
14 Avqust 2020 Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı
14 Avqust 2020 Əli Abbasov işdən çıxarıldı
14 Avqust 2020 Gürcüstan icazə vermədiyi üçün Rusiya Ermənistana silahları bu yolla verib - FOTO
13 Avqust 2020 Eldar Həsənov həbs olundu - DTX-nın əməliyyatı
13 Avqust 2020 Bakını tərk etmək istəyən COVID-19 xəstəsi postda tutuldu
13 Avqust 2020 İlham Əliyev Rusiyanın Ermənistana silah satmasına görə Putinə zəng etdi
13 Avqust 2020 İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı oldu
12 Avqust 2020 Baş Prokurorluq və DİN-in vəzifəli şəxsləri Bərdəyə ezam edildi
12 Avqust 2020 Putinin "peyvəndi tapdıq" bəyanatına ÜST-dən reaksiya - Yararlıdırmı? - VİDEO
12 Avqust 2020 Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
12 Avqust 2020 Prezident “Azərsu”ya vəsait ayırdı
12 Avqust 2020 PKK liderinin olduğu avtomobil dronla vurulub? - Nazirdən açıqlama
12 Avqust 2020 Azərbaycanda nazirliyin vəzifəli şəxsi işdən çıxarıldı - FOTO
11 Avqust 2020 Prezident Təhsil Nazirliyinə 1,5 milyon manat vəsait ayırdı
11 Avqust 2020 Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə bilərik? - RƏSMİ AÇIQLAMA
11 Avqust 2020 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıqlarda - VİDEO