ddggfgffg.JPG

Milli Şuranın Koordinasiya Şurasının üzvü, tanınmış vəkil Namizəd Səfərov Milli Şuradan istefa verdi.

Missiya.Az xəbər verir ki, o, istefasını Milli Şuranın daxilində gedən xoşagəlməz proseslərlə əlaqələndirib.

Namizəd Səfərov istefası ilə bağlı bəyanat yayıb.

Missiya.Az həmin bəyənatı təqdim edir:

Milli Şuranın keçirdiyi qapalı onlayn konfranslarının ələ keçirilərək sosial şəbəkələrdə yayılması ilə Milli Şura ətrafında yayılan söz-söhbətlərin, nüfuzumuza yetirdiyi ciddi zərbəni danmaq mümkün deyildir. Məlum oldu ki, bir siyasi təşkilat olaraq 7 ildən bəri fəaliyyət göstərən Milli Şura təkcə cəmiyyət arasında dayil, siyasi rəqibləri qarşısında da, düşündüyümüzdən də, kifayət qədər yüksək nüfuza malik imiş. Bununla yanaşı, cəmiyyət, bir sıra hallarda isə ardıcıl tərəfdarlarımız, Milli Şura Koordinasiya Mərkəsinin qapalı toplantısında olsa belə, onun üzvüləri tərəfindən səsləndirilmiş, adi halda qətiyyən reaksiya verilməyəcək ifadələr səsləndirilməsini heç cür qəbul edə bilmədi. Fürsət gözləyən apponentlərimiz də, bundan yetərincə yararlandılar.

Milli Şuranın nüfuzuna ağır zərbə dəydi. Milli Şura Koordinasiya Mərkəzinin iki üzvü onlara qarşı yönəlmiş hücumlar qarşısında istefa verməyə məcbur oldular. Baş verənlərlə bağlı dərin təəssüf hissi keçirməklə yanaşı, mənim də üzərimə ağır məsuliyyət düşdüyünün, fərqindəyəm. Belə ki, uzun müddətdən bəri müxalifətin əsas mübarizə cəbhəsi hesab olunan Milli Şuranın nüfuzuna başqları tərəfindən deyil, özümüz tərəfindən xələl yetirilmişdir. Bir daha qeyd edim ki, baş verənlərlə bağlı dərin təəssüf hissi keçirirəm. Buna görə, həm özüm, həm də bəzi dostlarım fərəfindən siyasi apponentlərimizin ünvanına işlədilmiş yolverilməz ifadələrə görə hamıdan üzr istəmək məcburiyyətində qalıram.

Milli Şura üzvülərinin qərb dəyərlərinə münasibətdə milli mənəvi dəyərlərə hörmətsiz yanaşması, ölkənin digər siyasi təşkilat və ictimai-siyasi xadimlərinə qarşı barışmaz münasibət bəsləməsi ilə bağlı, ünvanımıza söylənən tənqidi fikir və mülahizələrlə razılaşa bilməsəm də, öz dilimizdən səslənmiş fikir və ifadələrdən müdafiə olunmaq, o qədər də asan deyil. Baş verənləri özüm-özümlə dəfələrlə müzakirə edib, günlərlə araşdırmaqla özümə heç cür bəraət qazandıra bilmirəm. Bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fəaliyyətimin Milli Şura tərkibində davam etdirilməsini qeyri mümkün hesab edərək, Milli Şura tərkbindən istefa verirəm. Gəncləri siyasətə cəlb etmək, yolu onlara vermək, onlara etimad göstərmək lazımdır. Bəyan edirəm ki, siyasi mübarizəmi milli-mənəvi prinsiplərimə və mübarizə metodlarıma müvafiq olaraq əvvəlki qaydada davam etdirmək əzmindəyəm. Məqsədimiz xalqımızın azadlığı və rifahı, tam demokratik dövlət quruculuğu uğrunda mübarizədir. Milli Şuraya və onun sıralarında olan əzmkar insanlara uğurlar arzu edirəm. İnanıram ki, Milli Şura malik olduğu nüfuzu tezliklə geri qaytara və siyasi mübarizə meydanındakı aparıcı yerini bundan sonra da, qoruyub saxlaya biləcəkdir.

Missiya.Az



22 Sentyabr 2020 Paşinyanın yalançı "staxanovçuluğuna" inananlar üçün sözün bitdiyi məqam və uğursuz Günnüt qisasçılığı... - Aydın QULİYEV yazır
22 Sentyabr 2020 Bakının bu hissəsində su olmayacaq
21 Sentyabr 2020 Şəhid atası: "Oğlumun qısasının alınacağı günü gözləyirəm"
21 Sentyabr 2020 Cəbhədən həyəcanlı xəbərlər gəlir: Əsgərimiz yaralandı
19 Sentyabr 2020 SOCAR Qaraçuxur qəsəbəsində neftçilərə yeni mənzillərin orderlərini təqdim etdi - FOTO
19 Sentyabr 2020 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu”
19 Sentyabr 2020 "Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları var" - İlham Əliyev
19 Sentyabr 2020 Prezident köməkçisinin QHT-lərlə görüşünü təşkilat sədri belə dəyərləndirdi
19 Sentyabr 2020 Övlad borcu, yoxsa siyasi oyunbazlıq?
18 Sentyabr 2020 "Sədərək" nəzarətə götürüldü: Mağazaların işıqları söndürüldü
18 Sentyabr 2020 Operativ Qərargah Azərbaycanda kütləvi yoluxma haqda yeni xəbər yaydı
18 Sentyabr 2020 DTX əməliyyat keçirdi: Suriyadakı terror qruplaşmasının üzvü ələ keçdi - FOTO
17 Sentyabr 2020 Onlar Tofiq Yaqublunun ölməsini istəyir - Dövlətə qarşı növbəti məkirli plan...
17 Sentyabr 2020 Bakıda qışa hazırlıqlarla bağlı cavabdeh şəxslər təyin edildi
17 Sentyabr 2020 Ukraynadakı keçmiş səfirimiz Vətənə qayıtmaq istəmir - Miqrasiya Xidmətinə müraciət etdi - (FOTO)
17 Sentyabr 2020 Bakıda 50 manata görə gənci ürəyindən bıçaqlayan şəxs saxlanıldı – VİDEO
17 Sentyabr 2020 Liviyada Türkiyənin dəstəklədiyi hökumət başçısı istefa verib
17 Sentyabr 2020 Azərbaycanda gediş haqları mobil telefonla ödəniləcək - VİDEO
17 Sentyabr 2020 Qurban Məmmədov Türkiyədə saxlanıldı
16 Sentyabr 2020 AzTV sədrinin gizli ləğvetmə əməliyyatı - "Azərbaycantelefilm" nəyin qurbanı oldu? – Ramiz Həsənoğluya qarşı müəmmalı gediş