b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_92245185_1144937865842450_5476279148613730304_n.jpg

Nizami rayonunda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara,  xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara ciddi əməl olunması üçün əhali arasında Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun rəhbərliyi ilə maarifləndirmə işləri gücləndirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qruplar xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsi və infeksiyaya yoluxma hallarının baş verməməsi üçün sakinlər arasında geniş təbliğat və maarifləndirmə işləri aparırlar.

Mobil qrupların üzvləri sakinlərlə söhbətlər aparıb, əhalini karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndiriblər. Sakinlərə infeksiyanın geniş yayılmasına yol verməmək üçün şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız zərurət yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilib. Həmçinin sakinlər Nazirlər Kabineti yanında Operativ Qərargahın 05 aprel 2020-ci il tarixindən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətlərinin müəyyən olunması ilə əlaqədar verdiyi qərarla da məlumatlandırılaraq, ancaq zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərmələri bildirilib.

Eyni zamanda, polis əməkdaşları səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsilə sakinlərə karantin rejiminin tələblərinə riayət olunması ilə bağlı çağırışlar edirlər. Yol polisləri sürücülərlə profilaktik söhbətlər aparır, zərurət olmadan nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək “Evdə qal” kampaniyasına qoşulmaq tövsiyə edirlər.

Bundan əlavə, rayon ərazisində gündəlik olaraq prospekt və küçələrdə, inzibati binalarda, çoxmənzilli yaşayış binalarının və fərdi evlərin həyətlərində, binaların pilləkən qəfəsələrində sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_92167368_2459113170859465_5269170542790836224_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_91810672_252654629225334_2964775921103405056_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_91761346_2273532829618617_738901616643538944_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_91748315_988227254927094_4291672454788546560_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_91663946_310571053254644_853628448046841856_n.jpg

 



01 İyun 2020 Məleykə Abbaszadə abituriyentlərə və valideynlərə xəbərdarlıq etdi
01 İyun 2020 Nikol Paşinyan koronavirusa yoluxub
01 İyun 2020 Azərbaycanda buraxılış və qəbul imtahanlarının keçiriləcəyi tarix məlum oldu
31 May 2020 "Sosial şəbəkələrdə xaosun qarşısı alınmalıdır" - Ramin Əhmədov
31 May 2020 “Palmali Holding" müflis elan edilib
31 May 2020 Milli Məclisdən 190 manatla bağlı - YENİ TƏKLİF
31 May 2020 Sosial şəbəkələrlə bağlı yeni dövr - Ölkələr söyüş və terror qruplarına müharibə elan edir
29 May 2020 “Mall”arın fəaliyyəti bu tarixdən bərpa edilir – RƏSMİ AÇIQLAMA
29 May 2020 Azərbaycanda Əməkdar artist koronavirusa yoluxdu
28 May 2020 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
27 May 2020 Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı
27 May 2020 Nazirlik növbəti 190 manat yardım söhbətinə aydınlıq gətirdi
27 May 2020 Emmanuel Makron İlham Əliyevə təbrik məktubu göndərdi
27 May 2020 Azərbaycanda 21 nəfərin yoluxduğu kənddən YENİ XƏBƏR - VİDEO
26 May 2020 Rusiyadan Azərbaycana reyslər bu tarixdən açılacaq
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO
24 May 2020 Tovuzda Qənirə Paşayevanın təşəbbüsü ilə 150 ailəyə yardım edilib - FOTO
23 May 2020 Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ
23 May 2020 Azərbaycanda əməkhaqqı kartlarının yoxlanılmasına başlanıldı
22 May 2020 Maliyyə şəffaflığı və “kölgəsiz” iqtisadiyyat – İnkişafa aparan yol