b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_tt1.jpg
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
 
Missiya.az xəbər verir ki, Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
 
Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.
 
Qeyd edək ki, koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.
 
Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.


05 Avqust 2020 Bakıda bir milyon manatlıq qızılı oğurlanan şəxs kimdir? - DETALLAR
05 Avqust 2020 Prezident Dövlət Agentliyinə vəsait ayırdı
05 Avqust 2020 Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq
04 Avqust 2020 Beyrutdakı partlayışda ölənlərin sayı 30 nəfərə çatdı, minlərlə yaralı var
04 Avqust 2020 Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb - VİDEO
04 Avqust 2020 Prezident yeni parkda görüləcək işlərlə tanış oldu - FOTO
04 Avqust 2020 İki vəzifəli şəxs məsuliyyətə cəlb olunub - RƏSMİ
04 Avqust 2020 Fəttah Heydərov vəfat etdi - 1-ci Fəxri xiyabanda dəfn olunacaq
03 Avqust 2020 Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - RƏSMİ
03 Avqust 2020 Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırıb - VİDEO
03 Avqust 2020 Bu qadağalar avqustun 31-dək qüvvədə qalır - SİYAHI
03 Avqust 2020 Sanki mübarək partlayışa hazırlıq gedirdi - Azərbaycan Diasporunun qalibiyyət sirri
01 Avqust 2020 Bir gündə 53 nəfərin koronavirusa yoluxduğu məhəllədə son vəziyyət - VİDEO
31 İyul 2020 Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb
31 İyul 2020 Azərbaycanda bayram namazı qılınıb - CANLI YAYIMDA
30 İyul 2020 Bələdiyyə sədri və keçmiş icra nümayəndəsi rüşvəti belə alırmış - VİDEO
30 İyul 2020 Təhsil Nazirliyinə iki milyon manat vəsait ayrıldı - SƏRƏNCAM
30 İyul 2020 Azəriqaz” bayram günləri gücləndirilmiş rejimdə çalışacaq
30 İyul 2020 İlham Əliyev general Polad Həşimovla bağlı MÜHÜM TAPŞIRIQLAR VERDİ
30 İyul 2020 Şəkidə də modul tipli xəstəxana açıldı - FOTO