b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_rer2.jpg Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.

Missiya.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Bu qaydalar Gömrük Məcəlləsinin 299.1-ci maddəsinə əsasən hazırlanıb və fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir.

Dəyişikliyə əsasən, xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində ümumilikdə 90 (doxsan) gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmamaq şərtilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə veriləcək.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.


02 Aprel 2020 Mikayıl Cabbarova müavin təyin edildi
01 Aprel 2020 Karantin rejimi qaydalarını pozan internet klubunun sahibi cərimələndi - VİDEO
01 Aprel 2020 Daha bir ŞAD XƏBƏR: Bunlar ƏDV-dən azad olunacaq - SİYAHI
01 Aprel 2020 Müğənnilər eyvanda konsert verir - AzTV canlı yayımlayır - VİDEO
01 Aprel 2020 Karantin qaydalarını pozan şəxs həbs olundu - VİDEO
01 Aprel 2020 Milli Məclis büdcəyə yenidən baxacaq
31 Mart 2020 Nizami rayonunda dezinfeksiya işləri davam etdirilir - FOTOLAR
31 Mart 2020 Missiya.Az növbəti aksiyaya başladı - Keşlə qəsəbəsində ərzaq yardımı paylanıldı - FOTOLAR
31 Mart 2020 Bakı səmasında "Allah" yazıldı - VİDEO GÖRÜNTÜ
31 Mart 2020 SON DƏQİQƏ! Rəsmən açıqlandı: 304 min muzdlu işçiyə pul veriləcək
30 Mart 2020 Bu şəxslərə də pul veriləcək - RƏSMİ
30 Mart 2020 Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər - RƏSMİ
30 Mart 2020 “Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi
30 Mart 2020 Missiya.Az yeni aksiyaya başlayır - Bu dəfə ərzaq yardımı - FOTOLAR
30 Mart 2020 ÜST: “Koronavirus insandan-insana hava yolu ilə keçmir”
29 Mart 2020 Azərbaycanın bu ərazisində koronavirus yoxdur - RƏSMİ AÇIQLAMA
28 Mart 2020 "Yeni Çağ" ilə "Qızılbaş"dan "Evdə qal, cəmiyyəti qoru" kampaniyasına DƏSTƏK
28 Mart 2020 İşlə bağlı küçəyə çıxmalı olan vətəndaşlar haqda açıqlama
28 Mart 2020 Sabiq deputat da Prezidentin çağırışına qoşuldu - VİDEO
28 Mart 2020 Azərbaycanda sabiq polis rəisi COVID-19-a yoluxdu - VİDEO