b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_2020-02-25-15-09-51UUOeAd9LYER2kx4.jpg
Fevralın 25-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
 
Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
 
***
Fevralın 25-də Azərbaycana səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
 
Missiya.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.
 
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.
 
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
 
Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.
 
Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.
 
Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələri prezidentlərlə görüşdülər.
 
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
 
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
 
***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib.
 
Missiya.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Rəcəb Tayyib Ərdoğanı Baş Nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
 
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
 
Missiya.Az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək.
 
Türkiyə Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də olacaq.


09 Aprel 2020 "Acam" deyən vətəndaşı təhqir edən məmuru belə cəzalandırdılar - VİDEO
09 Aprel 2020 Faiq Əmirli karantin qaydalarını pozduğu üçün həbs edildi
09 Aprel 2020 Havanın temperaturu 18 dərəcəyə qədər yüksələcək
08 Aprel 2020 Bu qəsəbədə koronavirusa yoluxan yoxdur - Bələdiyyə sədri qorunmağın sirrini açıqladı - FOTO
08 Aprel 2020 "500-dən çox ailəyə yardım paylamışıq" - Missiya.Az-ın aksiyası davam edir - FOTOLAR
08 Aprel 2020 "Kollektiv bütün qaydalara əməl etmək şərtilə işini davam etdirir" - Xanlar Fətiyev
08 Aprel 2020 Koronavirusdan sonra bu peşə sahibləri işsiz qala bilər - SİYAHI
07 Aprel 2020 Prezidentdən koronavirusa görə altı mobil tipli xəstəxananın tikintisi ilə bağlı SƏRƏNCAM
07 Aprel 2020 5-ci sinif şagirdi atasının telefonundan “8103”ə 90 dəfə SMS göndərib - Cəzalandırıldı
07 Aprel 2020 Koronavirus insan bədənində belə yayılır - İlk dəfə görüntüləndi - VİDEO
07 Aprel 2020 Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı -RƏSMİ
07 Aprel 2020 DİQQƏT! 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO
06 Aprel 2020 "Dövlət öz işini görür, biz də dəstək olmalıyıq" - Ramin Əhmədov
06 Aprel 2020 Nuşirəvan Məhərrəmli işdən çıxarıldı - Yeni sədr
06 Aprel 2020 Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu
06 Aprel 2020 Giriş-çıxış qadağası bu qəsəbələrə aid deyil - Səbəb isə çox maraqlıdır - Türkiyədə - VİDEO
05 Aprel 2020 Missiya.Az YAP Nizami Rayon Təşkilat ilə birgə daha bir aksiyaya başlayır
05 Aprel 2020 Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxub
05 Aprel 2020 Koronavirus AzTV-yə müsahibə verdi - VİDEO
04 Aprel 2020 Azərbaycanda işsizlərə 190 manat veriləcək