b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_bir-gun-telebe-oldular-xezerde-facie-28377.jpg
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib.

Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.

Missiya.Az xəbər verir ki, özünü dənizə ataraq intihar edən Nəzakət Rzazadə təhsil üzrə ekspert Elçin Əfəndinin tələbəsi olub. Bunu təhsil eksperti sosial şəbəkə hesabında paylaşaraq bildirib.

Sözügedən postda qeyd olunur:

"Çox pisəm. Dəhşət pisəm. 2017-ci ildə Nəzakət Rzazadə adlı tələbəm 667 balla Tibb Universitetinə qəbul olmuşdu. O balı toplaması üçün əlimdən gələni etdim onun üçün. İndi xəbər gəldi ki, özünü Xəzərə atıb və hal-hazırda meyiti tapılmır. İndicə atası ilə danışdım. Tapmırlar. Dəhşətdir".

Qeyd edək ki, hazırda onun meyitinin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

big.az


09 Aprel 2020 "Acam" deyən vətəndaşı təhqir edən məmuru belə cəzalandırdılar - VİDEO
09 Aprel 2020 Faiq Əmirli karantin qaydalarını pozduğu üçün həbs edildi
09 Aprel 2020 Havanın temperaturu 18 dərəcəyə qədər yüksələcək
08 Aprel 2020 Bu qəsəbədə koronavirusa yoluxan yoxdur - Bələdiyyə sədri qorunmağın sirrini açıqladı - FOTO
08 Aprel 2020 "500-dən çox ailəyə yardım paylamışıq" - Missiya.Az-ın aksiyası davam edir - FOTOLAR
08 Aprel 2020 "Kollektiv bütün qaydalara əməl etmək şərtilə işini davam etdirir" - Xanlar Fətiyev
08 Aprel 2020 Koronavirusdan sonra bu peşə sahibləri işsiz qala bilər - SİYAHI
07 Aprel 2020 Prezidentdən koronavirusa görə altı mobil tipli xəstəxananın tikintisi ilə bağlı SƏRƏNCAM
07 Aprel 2020 5-ci sinif şagirdi atasının telefonundan “8103”ə 90 dəfə SMS göndərib - Cəzalandırıldı
07 Aprel 2020 Koronavirus insan bədənində belə yayılır - İlk dəfə görüntüləndi - VİDEO
07 Aprel 2020 Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı -RƏSMİ
07 Aprel 2020 DİQQƏT! 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO
06 Aprel 2020 "Dövlət öz işini görür, biz də dəstək olmalıyıq" - Ramin Əhmədov
06 Aprel 2020 Nuşirəvan Məhərrəmli işdən çıxarıldı - Yeni sədr
06 Aprel 2020 Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu
06 Aprel 2020 Giriş-çıxış qadağası bu qəsəbələrə aid deyil - Səbəb isə çox maraqlıdır - Türkiyədə - VİDEO
05 Aprel 2020 Missiya.Az YAP Nizami Rayon Təşkilat ilə birgə daha bir aksiyaya başlayır
05 Aprel 2020 Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxub
05 Aprel 2020 Koronavirus AzTV-yə müsahibə verdi - VİDEO
04 Aprel 2020 Azərbaycanda işsizlərə 190 manat veriləcək