b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1579757868_original.jpg

Bakıda 2027-ci ilə qədər daha 11 yeni metro stansiyasının tikilməsi nəzərdə tutulub.

Missiya.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu məsələ Bakı şəhərinin Baş Planında da nəzərdə tutulub:

"Bakı Metropoliteninin Konseptual İnkişaf Sxemində bu məsələ nəzərə alınıb. Bakının Baş Planına uyğun olaraq metropolitendə də xətlərin bir-birindən ayrılması nəzərdə tutulub.

Xətlərin ayrılması üçün də mütləq şəkildə "Şah İsmayıl Xətai" stansiyasından "Həzi Aslanov" stansiyasına qədər olan və "Koroğlu" stansiyasından "Dərnəgül" stansiyasına qədər olan hissələr inşa olunmalıdır".

B.Məmmədov qeyd edib ki, ümumilikdə, 2027-ci ilə qədər 11 metro stansiyasının inşası nəzərdə tutulub:

"Həmin dövrdə "İçərişəhər" stansiyasından sonra 2 yeni stansiyanın da inşası planlaşdırılıb. Çünki xətlər bir-birindən ayrılanda hər bir xətdə müstəqil hərəkət təşkil olunmalıdır. Müstəqil hərəkətin də intensivliyi üçün "İçərişəhər" stansiyasından sonra dönmə kamerası olan 1 stansiya olmalıdır.

Xətlərin ayrılması üçün "Yaşıl xətt" üzrə "Şah İsmayıl Xətai" və "Dərnəgül" stansiyalarından sonrakı xətlərin tikintisi vacibdir. Yəni "Dərnəgül" stansiyasından sonra 3, "Şah İsmayıl Xətai" stansiyasından sonra isə 4 stansiyanın inşası mütləqdir".

17 Fevral 2020 “Prezidentimiz vətəndaşlara qürur hissi yaşatdı” – Ramin Əhmədov
15 Fevral 2020 Tanınmış televiziyaçıdan aparıcılara sərt irad - VİDEO
14 Fevral 2020 Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb - FOTOLAR
14 Fevral 2020 Gürcüstanda sərnişin qatarı yanıb - VİDEO
14 Fevral 2020 Bu gün AzTV-nin yaranmasından 64 il ötür
14 Fevral 2020 Bu xəbər ermənilərin kefinə soğan doğrayacaq - "Xankəndi-Aze" gəlir
14 Fevral 2020 Hadi Rəcəbli Milli Məclisdəki kabinetini boşaltdı
13 Fevral 2020 Rauf Arifoğlunun da nəticələri ləğv edildi
13 Fevral 2020 Bu dairədə seçki nəticələri ləğv edildi - RƏSMİ
13 Fevral 2020 İlham Əliyev Mikayıl Cabbarova yeni müavin təyin etdi
12 Fevral 2020 Prezident Kürdəmirə səfər etdi
12 Fevral 2020 Seçkidə qanunsuzluğa əl atan müəllimlərlə bağlı ölçü götürüləcək - RƏSMİ
11 Fevral 2020 Elza Seyidcahanın döyülməsi ilə bağlı DİN-dən AÇIQLAMA
09 Fevral 2020 Səsvermə başa çatdı
09 Fevral 2020 Səs verənlərin sayı 2 milyonu keçdi - AÇIQLAMA
09 Fevral 2020 Bu rayonlara güclü qar yağdı: Yollar buz bağladı - FOTO
09 Fevral 2020 Kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara MSK-dan CAVAB
09 Fevral 2020 "MSK bu gün ictimaiyyətə 5 dəfə məlumat verəcək" - Məzahir Pənahov
08 Fevral 2020 Azərbaycanlılar Çindən belə təxliyyə edilibmiş - Əməliyyatın VİDEOSU
07 Fevral 2020 Abşeronlular əlanı seçəcəklər - Ceyhun Musaoğluna söz verdilər - FOTO