b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_afc93c24c10f39f70a26a52fbe669c54.0-768x403.png

İstanbulda “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “İstiqlal” beynəlxalq bilik yarışının açılışı olub. 

Missiya.Az xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən İctimai Birliyin sədri Aqil Ələsgər yarışın əhəmiyyətindən danışıb. Bildirib ki, yarışda Türkiyədə təhsil alan xarici və yerli tələbələrin Azərbaycanın tarixi, mədəniyyəti, dövlət siyasəti, iqtisadiyyatına dair bilikləri yoxlanılır.

Tədbirin əsas məqsədinin türkiyəli və xarici tələbələrə Azərbaycanı doğru şəkildə tanıtmaq olduğunu deyən A.Ələsgər yarışın gənclərin intellektual oyunlara marağını artırmaq baxımından da əhəmiyyətini vurğulayıb. O, yarışın təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Gənclər Fonduna minnətdarlığını bildirib.

Gənclər Fondunun nümayəndəsi Mübariz Qadirov təmsil etdiyi qurumun fəaliyyətindən və həyata keçirdiyi layihələrdən danışıb. O, Azərbaycanda dövlət gənclər siyasətinin uğurla reallaşmasında fondun mühüm rol oynadığını qeyd edib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Xəyyam Daşdəmirov, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu, İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtay ölkələrimiz arasında qardaşlıq əlaqələrinin tarixi köklərindən danışıblar.

Bildirilib ki, bu cür tədbirlər Azərbaycan ilə Türkiyə arasında strateji ortaqlıq və qardaşlıq münasibətlərinin tarixinin öyrənilməsinə müsbət təsir göstərir. Natiqlər tədbirin Dövlət Bayrağı Günü ərəfəsində keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

İki gün davam edəcək bilik yarışında xarici və yerli tələbələrdən ibarət 30 komanda mübarizə aparır. Yarışın qalibləri (5 nəfər) Azərbaycana səyahət imkanı əldə edəcəklər.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_FB_IMG_15733057098421971.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_FB_IMG_15733057055735501.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_FB_IMG_15733057433386777.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_FB_IMG_15733057297562461.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_FB_IMG_15733056920397484.jpg

 

26 Fevral 2020 AzTV-dən Xocalı soyqırımı ilə bağlı erməni dilində VİDEOÇARX
25 Fevral 2020 Ərdoğandan İlham Əliyevə özəl hədiyyə - VİDEO
25 Fevral 2020 Prezidentlərin təkbətək görüşü oldu - YENİLƏNİB
25 Fevral 2020 Bulvarda özünü öldürən tələbə qızla bağlı İLGİNC FAKT - Müəllimi açıqladı
25 Fevral 2020 Bakıda sevgililər özlərini dənizə atdılar - Qız öldü - TƏFƏRRÜAT
25 Fevral 2020 Sosial Tədqiqatlar Mərkəzinə yeni təyinat - FOTO
24 Fevral 2020 Prezident vəzifəli şəxsləri İranla sərhəddə GÖNDƏRDİ - FOTOLAR
24 Fevral 2020 Prezident Artur Rasi-zadəyə orden verdi - SƏRƏNCAM
24 Fevral 2020 Elçin Quliyev Biləsuvar sərhəd-keçid məntəqəsinə getdi - Koronavirusla bağlı
24 Fevral 2020 "Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu
24 Fevral 2020 DİQQƏT! Koronavirusdan qorunmaq üçün bunları bilməlisiz
22 Fevral 2020 Kreml: Rusiya və Türkiyə prezidentləri İdlib mövzusunda razılığa gəliblər
22 Fevral 2020 Valideynlərin nəzərinə - Növbəti təhlükəli oyun peyda olub – VİDEO
22 Fevral 2020 Məzahir Pənahov hərbi hissələrdəki səsvermədən danışdı
21 Fevral 2020 Türkiyəni dəhşətə gətirən hadisənin görüntüləri yayıldı - VİDEO
21 Fevral 2020 DTX Neftçalada nəyi araşdırır? – Saxlanılanların siyahısı, maraqlı detallar
21 Fevral 2020 Türkiyə şəhidlərin qisasını almaq üçün hərəkətə keçdi - VİDEO
20 Fevral 2020 Azərbaycanda daha iki vəzifəli şəxs həbs edildi - Rüşvət alarkən
20 Fevral 2020 Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO
20 Fevral 2020 DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı