b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_sfdgf.jpg

“Yüzminlərlə insanın küçələrə çıxacağı anons edilirdi. Əli Kərimli sosial şəbəkələrdə səhər-axşam insanları aksiyaya çağırırdı. Amma nəticə nə oldu? Cəmiyyət piket, mitinq çağırışları edənlərin səsinə səs verməməklə əslində öz mövqeyini ifadə etmiş oldu. Bir daha aydın oldu ki, Azərbaycan xalqı İlham Əliyev iqtidarına qarşı, bəzilərinin iddia etdiyi kimi, etiraz ruhunda köklənməyib, əksinə, mövcud siyasi sistemi dəstəkləyir, ölkədəki sabitiliyin pozulmasını istəmir”.


Missiya.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Milli Şuranın bu gün keçirdiyi piketə münasibət bildirərkən deyib.

Ramin Əhmədov Əli Kərimlinin həmişəki kimi qadınları qabağa verməsindən, özünün isə aksiyaya qatılmamasına diqqət yönəldib: “İnsanlar bir daha gördülər ki, Əli Kərimli başqalarının taleyi ilə oynayır. Evdə oturub canlı yayımla piketi izləyən adamdan lider olmaz. Bu adam ənənəsinə sadiq qalaraq bu dəfə də oyun oynadı, danışdığı nağıllara inandırdığı adamları növbəti dəfə aldadaraq səmimiyyətdən uzaq biri olduğunu nümayiş etdirdi. Mənə maraqlıdır, piketə qatılanlar özlərinə sual verdilərmi ki, bizim burada nə işimiz var? Hanı bizim lider bildiyimiz adam? Niyə bizi küçəyə çağırıb özü evdən bayıra çıxmadı? Ümid edək ki, bu suallara doğru cavab tapanlar olacaq və onlar bundan sonra Əli Kərimlinin oyunlarına qurbanlıq olmaq istəməyəcəklər”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1570534853_72646008_10158899817773496_5845149249439793152_n.jpg

YAP yetkilisi vurğulayıb ki, Əli Kərimlinin planı qarşıdurma yaratmaq olub. Lakin polislərin yüksək peşəkarlıq nümayiş etdirməsi nəticəsidnə hər hansı insident yaşanmayıb: “Hamı gördü ki, Polislərimiz vətəndaşlarla necə nəzakətlə davranırdılar. Bir neçə yerdə təxribat törətmək istəyənlər oldu. Lakin istəkləri baş tutmadı”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_----.jpg

R.Əhmədovun fikrincə bugünkü aksiyaya vətəndaşların dəstək verməməsi cəmiyyətdə mitinq-piket əhval-ruhiyyəsinin olmadığının göstəricisidir: “Tam əminliklə deyə bilərik ki, Azərbaycan cəmiyyəti, vətəndaşlarımız mitinq-piket tərəfdarı deyil. Xalqımız ölkəmizdə qarışıqlıq yaratmaq, sabitliyi pozmaq istəyən qrupları dəstəkləmir. “Xalq mitinq istəyir” deyənlər də bu gün gördülər ki, xalqın mövqeyi onların istək və arzularına tərs mütənasibdir. Azərbaycan cəmiyyəti kimin xain və oyunbaz, kimin xalqın adamı olduğunu çox yaxşı bilir. Ona görə də xalq radikalların çağırışlarına heç vaxt dəstək verməyib və bundan sonra da verməyəcək! Bu gün Əli Kərimli şəhərin bir tərəfində qarışıqlıq yaratmaq, vətəndaşları polislə üz-üzə qoymağa çalışırdı, bir tərəfdə isə cənab Prezident məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksinin açılışında iştirak edib, ailələrə sevinc bəxş edirdi. Bu, təkcə bir günün reallığı deyil - Azərbaycanın gerçəkliyidir”.

13 Dekabr 2019 İş adamları "Eurohome" rəhbərinin - TƏKLİFİNİ QƏBUL ETMƏDİLƏR
13 Dekabr 2019 “EuroHome”da malları yanan sahibkarlara ŞAD XƏBƏR
13 Dekabr 2019 Dünya mediası azərbaycanlı bəydən yazdı - İzləyicilər cütlüyü boşanmağa çağırdı - VİDEO
13 Dekabr 2019 Bakıda vətəndaşlara bıçaqla hücum edən yarıçılpaq şəxslərin adları bilindi
12 Dekabr 2019 Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
11 Dekabr 2019 "Heydər Əliyev olmasaydı Azərbaycanı məhv edəcəkdilər" - Ramin Əhmədov
11 Dekabr 2019 Bu yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI
11 Dekabr 2019 Azərbaycanlı həkimdən böyük uğur: 5,3 milyon avro mükafat alıb
10 Dekabr 2019 Ramin Əhmədov medalla təltif olundu - FOTO
10 Dekabr 2019 Nizami rayonunda Veteranlar Birliyinin 25 illik yubileyi qeyd olunub - FOTO
10 Dekabr 2019 Yanvarın 1-dən pensiyalar artırılacaq - ŞAD XƏBƏR!
10 Dekabr 2019 Bakıda ticarət mərkəzi yanır - VİDEO
09 Dekabr 2019 Naxçıvan Ali Məclisi buraxıldı - SƏRƏNCAM
09 Dekabr 2019 Prezident iki köməkçisinə əlavə vəzifə verdi - SƏRƏNCAM
09 Dekabr 2019 “Azərbaycanın Mehriban Siması” kitabı oxuculara təqdim olundu
09 Dekabr 2019 Fədayə Laçın 1 saatda qazandığı pulun məbləğini açıqladı - VİDEO
09 Dekabr 2019 Yağışlı havada Bakıda baş verən ağır qəzalar - ANBAAN VİDEO
07 Dekabr 2019 Ramin Əhmədov Fəxri Fərmanla təltif olundu - FOTO
07 Dekabr 2019 Aygün xanım üçün ən böyük sevinc o gün olacaq
06 Dekabr 2019 Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı QƏRAR