|
|
![]() |
Sosial şəbəkələrdə mərhum pilotumuz Rəşad Atakişiyevin həyat yoldaşının, ailəsinin adından istifadə edərək pul yığmağa çalışan şəxslər peyda olub.
Missiya.Az xəbər verir ki, bu barədə pilotun qardaşı Nicat Atakişiyev məlumat yayıb. Nicat Atakişiyevin sözlərinə görə, bəzi şəxslər özünü pilotun xanımı Könül Atakişiyeva kimi təqdim edərək, bu yolla insanlardan pul toplayır:
"Rəşadın adından istifadə edərək pul toplayırlar. Gəlinbacımın adından da kimsə profil açıb. Rəşadın adından istənilən heç bir şeyə qarşılıq verməyin və inanmayın. Kimsə bu oyuna gəlməsin. Görünür, bəzi şəxslər Rəşad haqqında insanlarda yalnış fikir formalaşdırmaq istəyir və insanların sevgisindən istifadə etmək istəyir. Bu günə kimsədən bir şey xahiş etməmişəm, ancaq indi edirəm bunu paylaşın”.