b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fdhgfhjgfjjhjyyj.JPG

Göygöl rayonunda sentyabrın 8-də baş vermiş qətlin təfərrüatı məlum olub.

Xatırladaq ki, rayonun Üçtəpə kəndində 35 yaşllı Cəlili Günay Yusif qızı yaşadığı evdə boğazı kəsilərək öldürülüb. Qətli törədən Orxan adlı şəxs bir il əvvəl Günay Cəlili ilə Beynəlxalq Bankın Gəncə filialında işləyib. Oğlan Mühafizə Polisinin əməkdaşı kimi filialın mühafizəsini təmin edib. 

Hazırda hadisənin dəqiq baş vermə səbəbləri Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Missiya.Az qətlin təfərrüatına aydınlıq gətirmək üçün mərhumun xalası oğlu Ramil Qurbanovla əlaqə saxlayıb. Ramil Qurbanov açıqlamasında bildirib ki, Günay Cəlilini öldürən Orxan adlı şəxs onunla ailə qurmaq istəyib: “Qətlin törədilməsinin bir səbəbi var. Cinayəti törədən Orxan hər dəfə Günayı təhdid edirmiş. İsrar edirmiş ki, onunla ailə qursun. Qadın isə xarakterinə, ailədə aldığı tərbiyəyə və övladlarına görə həmin şəxsin təklifinə müsbət cavab verməyib. Günay Cəlilinin 2 övladı var. Biri 8-ci sinifdə, digəri 9-cu sinifdə oxuyur. Qadın uşaqlarına görə oğlanın təklifini dəfələrlə rədd edib. Oğlan yenə əl çəkmirdi. Həmin şəxs özünü manyak kimi aparırdı. Günaya deyirdi ki, "Ya mənim olacaqsan, ya da heç kəsin!" Qətlin törədilməsində başqa heç bir səbəb yoxdur. Yalnız Günayın "yox" deməsidir. Hamı Günayı yaxşı tanıyırdı. Onun neçə namuslu, ismətli xanım olduğunu hamı bilir. İş yerində abır-həyası ilə seçilirdi. Yalnız övladlarının gələcəyini təmin etməyi düşünürdü. Orxan onun həyatını məhv etdi”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_70854725_3010793005601007_3174685017401982976_n.jpg

Ramil Qurbanov bildirib ki, Günay Cəlili gecə saat 04:00 radələrində qətlə yetirilib: “Orxan arxa pəncərədən evə daxil olub. Qətl törədilərkən Günayın yanında qızı Leyla və bibisi qızı Hüseynova Gülşən olub. Qızı Leyla səs-küyə oyanıb gəlib. Hadisə zamanı Günayın atası isə evdə olmayıb". 

Mərhumun yaxınının sözlərinə görə, Orxan  mütəmadi olaraq Günayın ailəsini təhdid edib: “Son bir ayda həmiş şəxs Günay xanımın evinin ətrafında gəzirmiş. Həmin şəxs qızın atasına mesaj yazırmış ki, “Vaxtınıza az qalıb, sizin hamınızı öldürəcəm”. Hazırda mərhumun telefonu  müstəntiqdədir. Bir dəfə mənə də gizli nömrədən zəng etmişdi”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_69918443_406734576651079_6158060947215745024_n.jpg

Günayın atasının Orxanın bütün qohumları ilə danışdığını deyən Ramil Qurbanov bildirib ki, bütün söhbətlərə, xəbərdarlıqlara baxmayaraq, oğlan qızdan əl çəkməyib və nəticədə onu qətlə yetirib: “Orxan subaydır. Qızın atası Orxanın bütün qohum-əqrəbəsi ilə görüşüb. Bir dəfə polisə dilindən izahat verib ki, mən Günay Cəliliyə 100 metrdən artıq yaxınlaşmayacam. Amma sonda buna məhəl qoymadı”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_69819314_2427747164103381_7799927975545143296_n.jpg

Mərhumun qohumu Orxanın Günayı narahat etməsi ilə bağlı aylar öncə hüquq-mühafizə orqanlarına müraciət edilib: "Buna baxmayaraq, Orxan heç bir qadağaya məhəl qoymurdu. Hətta qıza 100 metrdən artıq yaxınlaşmama qadağasını belə yerinə yetirmirdi. Elə belə hərəkətlərinə görə bankdan qovulub. Bizim əlaqədar orqanlardan yeganə istəyimiz odur ki, məsələ obyektiv araşdırılsın, Günayın iki yetim qalmış balasının gələcəyini nəzərə alaraq, hadisə ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılmasına imkan verilməsin və qatil öz layiqli cəzasını alsın. Atasız qalmış uşaqlar, uzun müddətdir ki, Orxanın yaratdığı qorxu içində yaşayırdılar. İndi onlar analarından da məhrum oldular. Bu çox dəhşətli faciədir. İnsanlar, sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, yalanı, şər-böhtanı yaymaqdan çəkinsinlər. Günayı bir manyak məhv etdi. Heç olmasa onun balalarının heysiyyatına toxunmayaq”.

Missiya.Az
Elvin



27 May 2020 Azərbaycanda 21 nəfərin yoluxduğu kənddən YENİ XƏBƏR - VİDEO
26 May 2020 Rusiyadan Azərbaycana reyslər bu tarixdən açılacaq
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO
24 May 2020 Tovuzda Qənirə Paşayevanın təşəbbüsü ilə 150 ailəyə yardım edilib - FOTO
23 May 2020 Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ
23 May 2020 Azərbaycanda əməkhaqqı kartlarının yoxlanılmasına başlanıldı
22 May 2020 Maliyyə şəffaflığı və “kölgəsiz” iqtisadiyyat – İnkişafa aparan yol
22 May 2020 AzTV işdən çıxarılan 9 işçi ilə bağlı məlumat yaydı - MƏTN
22 May 2020 Təhsil Nazirliyi koronavirusa görə şagirdlərlə bağlı mühüm QƏRAR VERDİ
22 May 2020 Metropolitendə Polis Şöbəsinə yeni rəis təyin edildi
22 May 2020 Prezident daha bir icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
22 May 2020 Ukraynadakı sabiq səfirimiz də karantinə alınıb – FOTO
22 May 2020 Azərbaycanda 8 günlük tətil başlayır – RƏSMİ
22 May 2020 Azərbaycanda koronavirusun sürətlə yayıldığı ərazilər - VİDEO
21 May 2020 Rüstəm Usubov vəzifədən azad edildi - SON DƏQİQƏ
21 May 2020 SON DƏQİQƏ! Bu rayona Daxili Qoşunlar yeridildi - 21 nəfər saxlanıldı
21 May 2020 Qənirə Paşayeva: "Radikal müxalifət üçün ön planda dəstək aldıqları xarici güclərin maraqlarıdır"
21 May 2020 Namizəd Səfərov da Milli Şuradan istefa verdi - BƏYANAT
21 May 2020 SON DƏQİQƏ! Bakıda intihara cəhd - VİDEO
20 May 2020 Bu gün 7NEWS.az saytının 5 yaşı tamam oldu - ARAYIŞ