b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_drrfrgfff.jpg
Nəsimi rayonunda prezident İlham Əliyevin sərəncamı ilə müasir standartlarla yenidən qurulmuş park bərbad vəziyyətdədir. 

Rəşid Behbudov prospektində yerləşən parkda aparılmış yenidənqurma və abadlıq işləri zamanı sakinlərin rahat istirahəti üçün zəruri olan bütün işlər görülüb. Yeni fəvvarələr, oturacaqlar, uşaqlar üçün oyun meydançası və s. quraşdırılıb, qazon yenilənib, ümumi mənzərəyə ürəkaçan görkəm verilib. Lakin çox təəssüf ki, park hazırda baxımsız vəziyyətdədir.

Sakinlər tərəfindən Missiya.Az-ın redaksiyasına göndərilmiş fotolardan aydın görünür ki, istirahət ocağının ərazisində bütün hovuzlar susuz qalıb, oturacaqların bəzisi yarasız hala gəlib, ətrafa ağac kötükləri atılıb. Fəvvarələrin demək olar ki, heç biri işləmir, yerə vurulan kafellər isə darmadağın olub.

Görünən odur ki, ərazidə uzun müddətdir təmizlik işləri aparılmır.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_cfbdffdgdfggdfhhdfgfhgfhj.jpg

Parkın ərazisində hündürmərtəbəli bina inşa olunub. Ehtimal olunur ki, parkın bərbad vəziyyətə düşməsində aparılan tikintinin böyük rolu var. Üzücü mənzərədir - dövlət əmlakı göz-görə görə məhv olur. Özü də Nəsimi rayon İcra Hakimiyyətinin gözünün önündə...

Parkın acınacaqlı vəziyyətilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Təsərrüfat şöbəsinin məsləhətçisi Anar Rəsulov park ərazisindəki bərbad vəziyyətə görə, sakinləri günahlandırdı: “Parkda istirahət edən sakinlər, cavan uşaqlar oturacaqları, fəvvarələrdəki dekor şüşələri, kafelləri və məhəccərləri qırıblar. Biz dəfələrlə ərazidə təmir işi aparmışıq. Nəsimi rayon İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları hər həftə park ərazisində iməclik keçirir. Ağacların diblərini və parkı təmizləyirik. Mən özüm də iştirak etmişəm. Amma sakinlər parkın ərazisini səliqəli saxlamırlar. Parkda şüşəli fəvvarə var idi. Onu sakinlər özləri qırıb. Daşla qırıblar. Məhəccərləri və oturacaqları sakinlər sındırıblar. Siz deyirsiz ki, oturacaqların qarşısında ağac kötükləri var. Ola bilsin ki, şəkillər köhnədir. Orada elə bir mənzərə yoxdur”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_68361669_1134819873373217_1411835593637232640_n.jpg

Anar Rəsulov park ərazisində hər hansı binanın tikilmədiyini də deyib: “Hazırda park ərazisində tikinti getmir. Mənim orada bina tikildiyindən xəbərim yoxdur. Ola bilsin ki, şəkillər köhnədir. Parkın içində elə bir tikintinin getdiyindən xəbərim yoxdur”.

Qeyd: Nəsimi rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin məsləhətçisi Anar Rəsulov köhnə olduğunu iddia etdiyi şəkillər avqustun 16-da çəkilib. Sadəcə Nəsimi rayon İcra Hakimiyyətindən zənglərimizə cavab verilmədiyi üçün yazını bu gün dərc etmək məcburiyyətində qaldıq.

Şəkillərə baxıb özününüz qərar verin. Hər həftə iməclik işləri aparılan parkda belə bir biabırçı vəziyyət hökm sürərmi?

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_69264346_862209764161871_4473837445334433792_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_68939869_449512282443577_2720393987063021568_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_drrfrgfff.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_68324799_2474055799284634_5113328564988542976_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_69434751_950719661928078_81221392095248384_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_69232787_487788325348389_1008937596501360640_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_68753665_1268544590021113_6532369460186054656_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_68309761_2406979462727809_5192680512438665216_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_69376349_2113749625601664_1328788569858244608_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_69119917_488320178610644_8280127502744027136_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_68517612_1332522923569675_3734007269646401536_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_68261677_474444563134725_5383710298303627264_n.jpg

Elvin Məmmədov
Missiya.Az


09 İyul 2020 Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi
09 İyul 2020 Prezidentin göstərişi ilə Bakıya gələn mütəxəssislər Azərbaycandakı son vəziyyəti açıqladılar - VİDEO
08 İyul 2020 Bakıda ekspress avtobusların hərəkət qrafiki dəyişdiriləcək
08 İyul 2020 Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
08 İyul 2020 Azərbaycana çəyirtkə sürüsü hücum etdi - VİDEO
07 İyul 2020 Səhiyyə Nazirliyi evlərə bu dərmanları çatdırır - AÇIQLAMA
07 İyul 2020 Ağdərənin işğalından 27 il ötür
07 İyul 2020 Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş - Baş infeksionist danışdı
07 İyul 2020 Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - Həkimdən açıqlama
06 İyul 2020 Prezident: “Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq”
06 İyul 2020 Prezident “Fairmont”dakı hadisədən danışdı
06 İyul 2020 BDU-da virtual elmi seminar keçirilib - FOTO
06 İyul 2020 Prezident bu nazirliyə yeni səlahiyyət verdi
06 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat
06 İyul 2020 AzTV-nin daha iki əməkdaşı koronavirusa yoluxdu - FOTO
06 İyul 2020 Mirşahin Ağayev koronavirusa yoluxdu
06 İyul 2020 Bakıda Şuşa şəhərciyində güclü yanğın başlayıb - VİDEO
06 İyul 2020 Hovuzda dincələnlər arasında olan Mələk Heydərova üzr istədi - VİDEO
05 İyul 2020 Bu gündən bütün icazələr ləğv ediləcək - RƏSMİ
04 İyul 2020 “Sobsan” boya fabrikində güclü yanğın - VİDEO