b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_01-01-01-1000.jpg

Mediaxeberleri.Az saytında Cəlilabad rayonu, Uzunutəpə kəndindəki vəziyyət barədə diqqətçəkən yazı yayımlanıb. Yazını olduğu kimi təqdim edirik.

***

“Kənddə və ətraf ərazilərdə hamı ondan qorxur. Özü haqqında elə bir rəy yaradıb ki, insanlar onun əməllərinə etiraz etməyin mənasız olduğunu, nəticəsiz qalacağını düşünürlər. Vaqif Bünyadov kənddə insanların halal torpaqlarını zəpt edir, istədiyi kimi davranır, bəzən həmin torpaqları təzədən kənd camaatına satır. Ələ keçirdiyi ərazilərdə obyektlər tikir və heç kəs də ona “gözün üzdə qaşın var” demir. Dövlət məmurlarının adından istifadə edir, bununla guya böyük bir fiqur olduğuna dair təsəvvür yaradaraq, ”burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət edir”.

Bunu Cəlilabad rayon Uzuntəpə kəndinin sakinlərindən biri, adi voleybol müəllimi Vaqif Bünyadovun kənd camaatına “göz verib işıq verməməsindən” danışarkən deyib. Həmsöhbətimiz qeyd edib ki, V.Bünyadov uzun illərdir ki, kənddə at oynadır, başqalarının hektarlarla ərazilərinə hakim kəsilir, etiraz edənləri isə şərləyir, müxtəlif böhtanlara məruz qoyur: “İnsanlar ondan çəkinirlər. Başa düşəmək olmur ki, bu adam əslində kimdir və niyə onun əməllərinə göz yumulur. Vaqif Bünyadov faktiki olaraq özünü amansız kəndxuda kimi aparır, istədiyini edir və qarşısında da hər hansı məneə görmür. Özü də yeri gəldi gəlmədi, dövlət məmurların adını çəkir və bununla çalışır ki, camaat onun arxasının güclü olduğunu düşünsün. Təsəvvür edin, adi bir voleybol müəllimi, bahalı maşınlarda gəzir, gözqamaşdırıcı evlər tikdirir, şadlıq evlərinə, restoranlara, təsərrüfatlara və digər obyektlərə sahiblik edir. Bir məktəb müəllimi üçün bütün bunlar fantastik göstərici deyilmi?. Özünün və ətrafının sürdüyü maşınların hamısının seriyası 555-dir. Özünün və ailə üzvlərinin işlətdiyi nömərlər də 55-55-lə bitir. İş o yerə çatıb ki, Vaqif Bünyadov park üçün nəzərdə tutulan ərazini də sot-sot satışa çıxarıb. Özü hazırda 50 min manat dəyəri olan “Prado”, adi kənd məktəbində direktor olan oğlu isə başqa bir “CİP”də gəzir. Maraqlıdır, niyə bu adamdan soruşan yoxdur ki, ay voleybolçu yoldaş, şadlıq evlərini, böyük fermaları, hektarlarla torpağı, digər çoxsaylı obyektləri, bahalı maşınları necə əldə etmisən?”.


b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_01-01-00-_100-1000.jpg

Uzuntəpə sakininin sözlərinə görə, V.Bünyadov dövlət məmurlarının adını hallandırmaqla, əslində öz əməllərini pərdələməyə çalışır: “Çox hiyləgər adamdır. Öz maraqlarını təmin etmək məqsədilə bütün vasitələrə əl atır. Amma biz yaxşı bilirik ki, bu ölkənin Prezidentinin yürütdüyü siyasətin mərkəzində məhz vətəndaş dayanır. Əgər Vaqif Bünyadov doğrudan da iqtidara xidmət etmək amalı ilə hərəkət etsəydi, vətəndaşı narazı salmağa, incitməyə, hüquqların pozmağa, haqqını taptalamağa cürət etməzdi. Əksinə, əlindəki geniş imkanlardan istifadə edib, kimsəsizə əl tutar, ehtiyacı olana dəstək göstərər, başqalarının da öz təsərrüfatlarından çörək qazanmasına maraq göstərərdi. Amma o nə edir? Ancaq öz varidatını artırmağa çalışır, iddialarını da zor gücünə təmin edir. Onun Cəlilabad bazarından tutumuş buraların hər yerində yaxşı tanıyırlar və hamı bilir ki, bu adamı nə dövlət maraqlandırır, nə iqtidar, nə də adını hallandırdığı dövlət məmurları. Sahib olduğu torpaqların halallığını almayan adamdır. O torpaqların üzərində qurduğu səltənətə də heç kəs xeyir-dua verməyib. Özü də o, tək deyil. Qohum-əqrabasi ilə birləşib camaata qan uddururlar. Kimsə üzləşdiyi haqsızlığıa görə yuxarı dairələrə şikayət etmək istəsə, ona müxtəlif yollarla təzyiq göstərirlər. Əvvəllər köhnə icra başçısı Əziz Əzizova güvənirdi. Söz gəzirdi ki, arxasında başçı dayanır. Vaqif bundan istifadə edərək rayonun Əmlak Məsələləri Dövlət Komitəsinin rayondakı idarəsində və Notariat kontorlarında çalışan adamları vasitəsilə kənd camaatına məxsus torpaqları başqa-başqa adamların adına keçirirdi”.

Yeri gəlmişkən, bir müddət əvvəl mətbuatda V.Bünyadovun da adı hallanan şikayət yayılmışdı. Cəlilabad rayonu Uzuntəpə kəndində yaşayan Abbasova Əfruz Hüseynağa qızı tərəfindən yazılmış şikayət məktubunda ona və ailə üzvlərinə məxsus torpağın saxtakarlıq yolu ilə başqasının adına keçirilməsindən bəhs olunurdu. Ə.Abbasovanın sözlərinə görə, daşınmaz əmlakın reyestrində 806013035566 nömrəsi üzrə qediyyatda olan 1,5959 hektar pay torpağı onların xəbəri olmadan Uzuntəpə kəndində yaşayan Elman Gülhəsən oğlu Şahmuradov, Cəlilabad rayonun Daşınmaz Əmlakın Dövlət reyestri rəisi Yaşar Vəliyev və Cəlilabad rayonu 1 saylı Notariat kontorunda işləyən Murad adlı şəxs vasitəsilə İşiyev Rauf Əzizağa oğluna satılıb və buna görə sonuncudan külli miqdarda pul alınıb. Şikayətçi məsələ ilə bağı Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qəbulunda da olub. Komitə sədri alqı-satqı sənədlərindəki imza ilə şəxsiyyət vəsiqəsindəki imza arasında uyğunsuzluq gördüyündən sənədləri ekspertizaya göndərib: “Sonra mən müvafiq idarələrə getsəm də, mənə ekspertizanın cavabını göstərmədilər. Çalışdılar ki, məsələni ört-basdır etsinlər” – deyə şikayət məktbubunda qeyd olunurdu.


b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_01-00-01-1000-0.jpg

Bu məsələdə Vaqif Bünyadovun adının hallanmasına gəldikdə, şikayətçi onun Komitə sədri K.Həsənovun qəbuluna getməsinə əngəl yaratmağa çalışanlardan birinin də məhz V.Bünyadov olduğunu bildirmişdi: “Hörmətli Kərəm Həsənovun qəbuluna getməmişdən bir gün qabaq, yəni 11.05.2018-ci il tarixində Vaqif Bünyadov və onun Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbininin direktoru işləyən Raqif Bünyadov yaşadığım ünvanda mənə çox yalvar-yaxar elədilər ki, Kərəm Həsənovun qəbuluna getməyim. Hətta mənə deyirdilər ki, sən Kərəm müəllimin qəbuluna getmə, sənə sosial yardım düzəldəcəyik, 1,5959 hektar pay torpağının əvəzinə 2 hektar torpaq verəcəyik. Amma bu vədlərə və yalvarışlara baxmayaraq mən qəbula getdim. Qəbuldan sonra evə getdim, evdə qızım Günay Hüseynova mənə dedi ki, Vaqif Bünyadov idarə etdiyi maşınını evmizin tuşunda saxlayıb, barmaqlarını silkələyərək uca səslə deyib ki, anan sözmüzə baxmayıb getdi Kərəm müəllimin qəbuluna, bundan sonra baxar halına, mənim qapıma minnətçi olaraq gələcək və ayaqlarıma düşüb yalvaracaq”.

Həmsöhbətimiz V.Bünyadovun rayonun keçmiş başçısı Əziz Əzizovla da münasibətlərində gərginlik yarandığını bildirib: “Belə məlumatlar var ki, onda onların arası dəyib. Deyilənə görə, Vaqif Bünyadov Əziz Əzizovu da aldadıb və ona bir sıra problemlər yaradıb”.

V.Bünyadovla bağlı araşdırma apararkən diqqətçəkən başqa məlumatalar da əldə edə bildik. Məlum oldu ki, adıçəkilən voleybolçu yoldaşın qardaşı bir neçə il əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həbs olunub. Bu əməliyyatla bağlı yayılmış rəsmi məlumatlarda deyilirdir ki, “İran-Azərbaycan” marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklər daşıyan iki qrup yaxalanıb və bu qruplardan birinin üzvləri arasında Uzuntəpə kəndindəki voleybolçu yoldaşın qardaşı Eldar Bünyadov da olub.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_01-01-01-01-1000.jpg

Rəsmi məlumatdan:

“Cəlilabad rayon sakinləri – 1965-ci il təvəllüdlü Nurəddin Camalov, 1970-ci il təvəllüdlü Samir Bağırov, 1966-cı il təvəllüdlü Eldar Bünyadov, 1975-ci il təvəllüdlü Rəşad Xəlilov və Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Ramiz Məmmədov saxlanılmış, 4 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkarlanmışdır. Müəyyən edilmişdir ki, həmin şəxslər və habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirmək barədə razılığa gəliblər”.

 Cəlilabaddakı mənbələrdən onu da dəqiqləşdirdik ki, sözügedən əməliyyat nəticəsində həbs olunmuş Eldar Bünyadov 10 gündür ki, azadlığa buraxılıb.

Digər məlumatlara görə, V.Bünyadovun kürəkəni də narkotik maddələrinin satışı ittihamı ilə həbs olunub.

Uzuntəpə kəndində narkotik məsələri bununla da yekunlaşmır. Bir neçə ay əvvəl də uzuntəpəli narkotacirin evində 14 kilokramdan çox nartotik vasitə aşkar olunub.

 

Rəsmi məlumatdan:

“Daxili İşlər Nazirliyindın verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ədil Baxşıyev saxlanılıb.

Onun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 kiloqram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ədil Baxşıyevin rayonun Uzuntəpə kəndində yerləşən evinə və həyətindəki yarımtikiliyə keçirilən baxış zamanı isə oradan 7 kiloqram 375 qram heroin, 5 kiloqram 135 qram tiryək, 815 qram metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır”.

Bir kənddə bu qədər narkotacirin olması sizə nəsə demir ki? Bizə deyir və hesab edirik ki, voleybol üzrə idman ustası Vaqif Bünyadovun qardaşının transmilli narkoticarətlə məşğul olan mütəşəkkil cinayətkar dəstə üzvü kimi həbs olunması faktına xüsusilə diqqət yetirilməlidir. Üstəlik, az qala Uzuntəpə kəndi üzərində uçan quşlara da nəzarət edən, kəndin girişinə, çıxışına göz qoyan V.Bünyadov, necə olub ki, kəndlisi Ədilin narkotik satışı ilə məşğul olmasından xəbər tutmayıb?.. Suallar çoxdur və yəqin ki, yaxınlarada onlaraın hamısına cavab tapılacaq.

“Bizim gücümüz ona çatmır, amma hər gün gözləyirik ki, kimsə gəlib Vaqifdən hesab soracaq, kənd camaatını incitdiyinə görə cavabını verəcək. Ümidimizi itirməmişik. İnanırıq ki, bir gün dövlətin əli Vaqifə sarı da uzanacaq” – bunu da Cəlilabad sakini olan həmsöhbətimiz deyir.

V.Bünyadovun əməllərindən gileylənən başqa bir Cəlilabad sakini uzuntəpəli voleybolçunun əlaqədə olduğu məmurlardan da söz açıb. Deyilənə görə, V.Bünyadovla əlbir işləyənlərdən biri Meliorasiya və Su Təsərrüfati ASC-nin Cəlilabad Suvarma Sistemləri İdarəsinin müdiri Mirhəsən Həsənovdur. Onun da adı cəlilabadlı oliqarxlar sırasında öndə çəkilir: “Mirhəsən Həsənovun da böyük biznes şəbəkəsi var. Rayondakı “Dəniz” market, “Dəniz” şadlıq sarayı və sairə obyektlər ona məxsusdur. Bu adam təsərrüfatlara su vermir. Suyu yalnız müəyyən imkanlı adamlara məxsus və öz nəzarətində olan təsərrüfatlara yönəldir. Kimin pulu çoxdursa, o da sahəsini sulaya bilir. Kənd camaatının min bir əziyyətlə əkdiyi ərazilər isə məhv olur. Kiçik fermerlərin əməyi zay olub gedir. Mirhəsən Həsənov bilə-bilə ki, həmin adamların dolanışığı torpaqdan çıxır, suyu onlara vermir. Onun bu kimi davranışları dövlətimizin apardığı siyasətə ziddir. Cənab Prezident çağırış edir, çıxışlarında hər dəfə qeyd edir ki, fermerlərə şərait yaratmaq lazımdır. Mirhəsən Həsənov kimi məmurlar isə rayonlarda padşahlıq edir, dövlət idarəsinin imkanlarından şəxsi məqsədləri üçün istifadə edirlər. Dövlət kənd təsərrüfatının inkişaf etdirilməsində maraqlıdır. Bu istiqamətdə müxtəlif layihələr işlənir. Amma bütün bunların Mirhəsən Həsənova dəxli yoxdur. Suyu imkanlı adamlara satır və nəticədə kiçik fermerlərin torpaqları susuzluqdan məhv olurlar. Onun özünün imkanları çox genişdir. Topdağımızda səltənət qurub. Bədəbəxt fermer ailələrini isə yeganə dolanışıq yerindən mərhum edir. Fermerlərə normal iş şəraiti yaratmaq lazımdır ki, onlar aqrar sahənin inkişafına öz tövhələrini verə bilsinlər. Suyun başında Mirhəsən Həsənov dayananda fermer borca düşür, zəhməti hədər gedir”.

Qeyd edək ki, bir neçə gün öncə Azadinform İnformasiya Agentliyi də Cəlilabad kəndlərində təsərrüfatların susuzluq problemi ilə üzləşdiyinə dair yaz yayımlamışdı. Vətəndaşların şikayəti əsasında hazırlanmış məqalədə suyun imkanlı şəxslərə satıılmasından bəhs olunurdu. Meliorasiya və Su Təsərrüfati ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov isə Azadinform-a bildirmişdi ki, vətəndaş şikayətində haqlı deyil: “Şikayət edən vətəndaş payızlıq əkin üçün hazırlaşır. Bu gün isə mövsümə uyğun olaraq suvarmada prioritet sahə pambıqçılıqdır. Bizim yerli qurumlar da hazırda zəruri olan əkin sahələrini su ilə təmin edirlər”.

Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

(http://mediaxeberleri.az/index.php?newsid=35446&fbclid=IwAR2ef79LOBftLHi7QovBg9O8krKFurWc5l50V6UNjqu8m5eimidl8z6Exok)

 

15 Avqust 2019 "Diaspor hərəkatı yeni istiqamətlər götürəcək" - Hikmət Cavadov
15 Avqust 2019 ARB-nin əməkdaşı iki övladını itirdi - FOTO
14 Avqust 2019 Elman Rüstəmov Mərkəzi Bank sədrləri arasında ikincilərdən olub
14 Avqust 2019 Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 pulsuz çimərlik yaradılıb - FOTO
14 Avqust 2019 Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
13 Avqust 2019 Azərbaycanda 18 yaşlı qız atasına görə özünü körpüdən belə atdı - VİDEO
13 Avqust 2019 “Qarabağ” üçün həlledici gün
13 Avqust 2019 Daha bir qərar: Bu şəxslərin də maaşları artırıldı
12 Avqust 2019 Nadiq Qafarzadə Həcc ziyarətinə gedənləri qınadı
12 Avqust 2019 Azərbaycanda 19 nəfərin xəsarət aldığı qəzadan dəhşətli görüntülər - VİDEO
11 Avqust 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
10 Avqust 2019 Türkiyədən Bakıya uçan təyyarə Gəncədə məcburi eniş edib
09 Avqust 2019 Klarnet ifaçımız tələbə adını qazanıb - FOTO
08 Avqust 2019 "Söyüş şəbəkəsi"nin üzvləri xalqın nifrətini qazanırlar" - Ramin Əhmədov
08 Avqust 2019 Sumqayıtda avtobus sürücüsü sükan arxasında öldü - VİDEO
07 Avqust 2019 DİN vacib məlumat yaydı - BAKIDA ƏMƏLİYYAT
07 Avqust 2019 Şəmkirli iş adamının “Hummer”ini və özünü yandırmasının - TƏFƏRRÜATI
06 Avqust 2019 Şahzadə Salman seksual aktirisa ilə eşq yaşayır - Təyyarəsinə mindirib... İDDİA - VİDEO
06 Avqust 2019 Bakıda sakinlər uçmaqda olan binadan çıxmırlar - Eldar Əzizov hadisə yerində - FOTO
06 Avqust 2019 5 ay əvvəl evlənən “Fəlakət” həyat yoldaşından ayrıldı - FOTO