b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfggdfgfhfghhfghfgjghjjhgjhgjghjgkjk.jpg

İyulun 31-dən avqustun 2-dək “Хəzər dənizinin Azərbaycan sektorunda dəniz təhlükəsizliyinin təmin оlunmasi” möv­zusunda taktiki təlimlər keçirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) Missiya.Az-a verdiyi məlumata görə, taktiki təlimlərə cəlb olunmuş sərhəd gözətçi gəmiləri iti­sürətli və yüksək üzmə qabiliyyətinə malik olmaqla yanaşı, mükəmməl naviqasiya və radiotexniki ava­dan­lıqlarla, o cümlədən müasir silahlarla təchiz edilib.

Taktiki təlimlərin əsas məqsədi Xəzər dənizində Azərbaycan Respublika­sının maraqlarının qorunması, neft-qaz yataqları, sualtı boru kəmərlərinin müha­fizə­si­nin təşkili və Dövlət Sərhəd Xidmə­tinin silahlı birləşmələrinin döyüş hazır­lığının yüksəldilməsi, dənizdə və sahildə təxribat qruplarının, sualtı hədəflərin aşkarlanması və zərərsizləşdirilməsi, gəmilərlə, helikopterlərlə dənizdə sərhəd axtarışının və xilasetmə əməliyyatlarının keçirilməsi üzrə xidməti təcrübənin artırıl­ması, mə­lumat müba­diləsinin təkmilləşdirilməsi olub.

Üç mərhələdə yeddi taktiki epizod üzrə keçirilən təlimdə neft-qazçıxarma rayonlarının, platformaların, boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı DSX Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şəraitə keçirilməsi üzrə bütün təlim tapşırıqları uğurla yerinə yetirilib.

Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin, Çevik Hərəkət Qüvvələrinin pilotsuz uçuş aparatı və helikopterlərinin raket kom­plekslərindən, həmçinin zenit-artilleriya qurğularından suüstü, sahil və hava hə­dəflərinə qarşı döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft-qaz in­frastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş təxribat qrup­larının aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilib, küləkli hava və dalğalı dəniz şəraitinə baxmayaraq şəxsi heyət möhkəm intizam, yük­sək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.

Təlimlərin yekun mərhələsində iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Xəzər dənizində dövlət sərhədinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükə­sizliyi­nin təmin edilməsinin DSX-nin əsas vəzifələrindən biri ol­du­ğunu vurğulayıb, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləş­diril­mə­si və şəxsi heyətin peşəkarlığının artırılması üzrə tapşırıqlar verib.

Qeyd edək ki, təlimlərdə iştirak etmiş sərhəd gözətçi gəmiləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əli­yevin tapşırığı əsasında Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilib.

 

 

23 Yanvar 2020 Ramin Əhmədov: “ İndi qol çirmələyib iş görmək vaxtıdır” - Yasamalda izdiham
22 Yanvar 2020 Səyyad Əlizadə tükürpədən hadisədən DANIŞDI: “O klipdən sonra övladım öldü” - VİDEO
22 Yanvar 2020 Güclü qar yağacaq, temperatur 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
22 Yanvar 2020 Kirayə mənzillərə sahib olmaq istəyənlərə PİS XƏBƏR
22 Yanvar 2020 Ramin Əhmədovun seçki kampaniyasının daha bir özəlliyi - Könüllülər ordusu - FOTO
21 Yanvar 2020 Baş Prokurorluq Nərminin qətli ilə bağlı daha bir sayta XƏBƏRDARLIQ ETDİ
20 Yanvar 2020 "Qoca"nın qardaşı həbs edilib - SON DƏQİQƏ
20 Yanvar 2020 Dünya çempionundan Ramin Əhmədova dəstək - FOTO
20 Yanvar 2020 20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar 2020 Ramin Əhmədov internet səsverməsində liderdir - FOTO
18 Yanvar 2020 Sürücülərin NƏZƏRİNƏ: Bu ərazilərdə yazılan radar cəriməsi ləğv olunmalıdır
18 Yanvar 2020 Nərminin anası nə üçün ev istədiyini açıqladı
17 Yanvar 2020 MSK Zahir Əzəmətlə bağlı qərar verdi
17 Yanvar 2020 Metro istifadəçilərinə ŞAD XƏBƏR
17 Yanvar 2020 Mənim deputatlıq əqidəm – Ceyhun Musaoğlunun seçki platforması - VİDEO
17 Yanvar 2020 Azərbaycanlı aparıcı təcili əməliyyata götürüldü - Qarnından 5 kilodan çox... - VİDEO
16 Yanvar 2020 Nərminin atası Bakıda ev istəmələrindən DANIŞDI - Jurnalistlərin uydurmasıdır
16 Yanvar 2020 Sənədsiz evlərin sahiblərinə ŞAD XƏBƏR
15 Yanvar 2020 İran “Boeing”in vurulma anının görüntülərini yayan şəxsi həbs etdi - VİDEO
14 Yanvar 2020 Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi