b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1560151868_1426154632515498618_1000x669_1.jpg
Tovuz rayonu, Vahidli kənd sakini, II qrup Qarabağ qazisi Abdullayev Elbrus Sakit oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq məktubla müraciət edib. AFN Qarabağ əlilinin müraciətini olduğu kimi dərc edir: 

Cənab Prezident! 1996-cı ildə həqiqi hərbi xidmət zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən quraşdırılmış minaya düşərək sol baldırımın 1/3-ni itirmişəm. Hazırda II qrup Qarabağ qazisi kimi Sizin tanıdığınız imtiyazlardan istifadə etməklə bərabər, biz qazilərə göstərdiyiniz qayğıdan yararlanıram. 3 övladım və yaşlı ata-anamla Tovuz rayonu Vahidli kəndində 2 otaqlı mənzildə yaşayıram. Mənzil şəraitimin yaxşılaşdırılması üçün fərdi ev tikintisi növbəsinə durmaq məqsədilə 2014-cü ildə Tovuz Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Lazım olan bütün sənədlər təqdim edilib, lakin bu günə qədər adım növbəyə yazılan Qarabağ qazilərinin siyahısında yoxdur. Rayon İH deyir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizdən siyahı istəməlidir, nazirlik isə deyir ki, siyahını RİH göndərməlidir. Beləcə ötür-ötür oyunu quraraq illərdir məni süründürürlər. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1560151846_mg_0572.jpg

Möhtərəm Prezident! Bizim kəndimizdə torpaq islahatları aparılan zaman qanun pozuntularına yol verildiyi üçün islahatların nəticəsi ləğv edilib. Kənd əhalisi suvarılan və suvarılmayan sahələri qarşılıqlı razılaşma əsasında bölərək istifadə edir. Mənim atam Abdullayev Sakit də özünün və ayrı təsərrüfat olduğum üçün mənim də payıma düşən 60 sot ərazidən həmkəndlimiz Məmmədov Mayıl Ənvər oğlunun müvəqqəti istifadə etməsi üçün razılıq verdi. Təxminən 18 ilə yaxın bir müddət ərzində M.Məmmədov ərazidən istifadə etdi, suvarılan sahə olduğu üçün orda gah taxıl əkdi, gah yonca, gah da biçənək kimi istifadə etdi. Qeyd edim ki, M.Məmmədovun heyvanı yoxdur. Orda becərdiyi taxılı da, yonca və otu da satır. Ərazini başqa kəndin adamlarına icarəyə verir. Və bütün bunlardan dövlətə bir qəpik vergi ödəmir. Biz isə bu 18 ildə kəndin suvarılmayan ərazilərindən ot biçməklə mal-heyvanımızın qışlığını təmin etmişik. Hazırda atam yaşlandığı üçün mənə bu işlərdə köməyi dəymir, mənim isə ayağımın protez olması səbəbindən əmək qabiliyyətim tam deyil. Bütün bunlar ailəmizin həmin əraziyə ehtiyacını gündəmə gətirdi. Bir neçə il M.Məmmədova ərazini xoşluqla bizə qaytarmasını təklif etdik, lakin qulaqardına vurdu, hər dəfə bir bəhanə ilə növbəti ilə saxladı. Bu il isə mən xüsusi razılıq almadan öz payımıza düşəndən də az – cəmi 48 sot - ərazini suvarıb biçinə hazırladım. Lakin M.Məmmədov oranı mənə xoşluqla verməyəcəyini dedi. Halbuki o 48 sotu çıxdıqdan sonra ona 1 hektar 30 sotdan çox yer qalırdı. İyun ayının 3-də Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun qəbulunda oldum və həm mənzil növbəsi, həm də yaranmış torpaq mübahisəsi ilə bağlı məlumat verib məsələnin həll olunmasını xahiş etdim. M.Məmmədov hər iki məsələ haqda müvafiq şəxslərə göstəriş verdi. Mənzil məsələsi birinci müavin Rəşad Zeynalova, yaranmış torpaq mübahisəsi isə başmının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımova həvalə edildi. Biz artıq məsələnin obyektiv həll olunacağına ümid edərkən, dost-tanış N.Qasımovla Mayıl Məmmədovun dost olduqlarını dedi və prosesin əksinə olacağını bildirdi. Təəssüf ki, elə də oldu. Rayon rəhbərliyi “dovşana qaç, tazıya tut” prinsipi ilə hərəkət edərək məni qəbuldan arxayın yola salıb, o tərəfdən Mayıl Məmmədova “get ərazini biç” göstərişi verib. Qəbuldan 1 gün sonra yazdan bəri suvarıb yetirdiyim biçənək Mayıl Məmmədov tərəfindən biçilərək yenidən mənimsənildi. N.Qasımov bacımla telefon danışığında deyib ki, Mayıl Məmmədov sənin qardaşının əlilliyinin saxta olduğunu deyir. Belə çıxır ki, dövlət məmuru 23 ildir dövlətin Qarabağ əlili kimi tanıdığı, qayğı göstərdiyi, şəxsən sizin sərəncamlarınızla avtomobillə, sosial qayğılarla təmin edilən bir adama atılan iftiraya əsaslanıb onun haqqını tapdalamağı asan iş bilir. 

Cənab Prezident! Bizim ümidimiz yenə sizədir. Əminik ki, məsələ diqqətinizə çatsa obyektiv araşdırılmasına göstəriş verəcəksiniz. Əks halda, ailəmi də götürüb ölkədən getməkdən başqa çarəm qalmır. 
18 Sentyabr 2019 Bakıda polisi təhqir edən sürücü üzr istədi - VİDEO
17 Sentyabr 2019 Ərdoğan Putin və Ruhanini əncirə qonaq etdi - FOTO
17 Sentyabr 2019 İlham Əliyev gürcüstanlı naziri qəbul edib
16 Sentyabr 2019 Аzərbaycan əhalisinin sayı açıqlanıb
16 Sentyabr 2019 “İradəcə zəif, savadsız mühacirləri ələ alırlar” - AVP sədri, deputat Fəzail Ağamalı
16 Sentyabr 2019 “Mehriban Əliyeva göstərdi ki, dövlət vətəndaşın taleyinə xüsusi həssaslıqla yanaşır” – Ramin Əhmədov
16 Sentyabr 2019 9 qol vurulan matçda İbrahimoviç het-trik etdi - VİDEO
16 Sentyabr 2019 Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO
14 Sentyabr 2019 Ağsaqqallar Şurası islahatlarla bağlı konfrans keçirdi - Qəbələdə - FOTO
13 Sentyabr 2019 Tanınmış vəkilin öldürməsilə bağlı RƏSMİ MƏLUMAT
13 Sentyabr 2019 Mərhum pilotumuzla bağlı yalan xəbər yayıldı - PUL YIĞIRLAR
12 Sentyabr 2019 “Hakimiyyət sosial şəbəkələrdə qaldırılan məsələlərə öz münasibətini bildirir” - Əli Həsənov
12 Sentyabr 2019 Əflatun Amaşov: "Azərbaycanda heç bir qurum mediaya nəzarət etmir, media tam müstəqildir"
11 Sentyabr 2019 Bakıda iqtidar-müxalifət görüşü
11 Sentyabr 2019 Bakıda Dünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı keçiriləcək
10 Sentyabr 2019 “Biz insanların küçədə halva paylamasına qarışa bilmərik” - Mübariz Qurbanlı
10 Sentyabr 2019 “İşə gələrkən yolda onu dinlədim, zövqümü oxşadı” - Əli Həsənov
10 Sentyabr 2019 Azərbaycanda olan şahzadənin lüks həyatı - İzləyiciləri heyran oldu
09 Sentyabr 2019 "Uşaqpulu bərpa oluna bilməz" - Mir Şahin
09 Sentyabr 2019 Göygöldəki qan donduran qətlin təfərrüatı - "YOX" dediyi üçün başı kəsilib" - FOTO