AZ   |   RU
Sergey Lebedev Ermənistanın MDB-dən çıxmasını istisna edib

Ermənistanın MDB-ni tərk etmək istəyi ilə bağlı heç bir siqnal olmayıb, belə bir variant istisna edilir.

Missiya.Az 
TASS-a istinadən xəbər verir ki, bunu MDB-nin İqtisadi Şurasının 106-cı iclasında təşkilatın baş katibi Sergey Lebedev bildirib.


"Mən bu variantı tamamilə istisna edirəm, Ermənistanın MDB-dən çıxmaq niyyətində olduğuna dair heç bir əlamət yoxdur - eyni şeyi Azərbaycan haqqında da demək istəyirəm", - deyə o, Ermənistanın təşkilatdan çıxma ehtimalı ilə bağlı sualı cavablandırdı.


S.Lebedev vurğulayıb ki, Ermənistan MDB-nin müxtəlif iclaslarında iştirak etməyə davam edir: "Bu gün MDB İqtisadi Şurasının iclasında Ermənistanın səlahiyyətli nümayəndəsi var idi, məsələlərin mahiyyəti barədə danışdı, bir sıra sənədləri imzalamaq səlahiyyətinə malik idi".



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 16:02