AZ   |   RU
Kreml ABŞ ilə münasibətlərin gələcəyini açıqlayıb

“Hazırda Rusiya ilə ABŞ arasında dialoqun bərpası üçün mürəkkəb proses gedir”.


Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.


"Dialoq dialoqdur və indi münasibətlərimizi kifayət qədər acınacaqlı vəziyyətdən çıxarmaq üçün çətin proses gedir ", - deyə siyasətçi vurğulayıb.


Peskov qeyd edib ki, Rusiya Ukraynadakı münaqişənin həlli məsələsinə və ABŞ ilə ikitərəfli münasibətlər mövzusuna Vaşinqtonla dialoqda iki ayrı sahə kimi baxır.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:39