AZ   |   RU
Paşinyanın müavini İranın Ermənistandakı səfiri ilə regional hadisələri müzakirə edib

Ermənistan Baş nazirinin müavini Mxer Qriqoryan İranın Ermənistandakı səfiri Mehdi Sübhani ilə görüşüb.


Missiya.Az “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.


Bildirilib ki, həmsöhbətlər regional hadisələri müzakirə ediblər.


Hər iki tərəf regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasının vacibliyini vurğulayıb. 


Qeyd olunub ki, Qriqoryan və Sübhani regionda kommunikasiyaların blokdan çıxarılması perspektivləri barədə fikir mübadiləsi aparıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:59