ggghhghghhjhjhjhjhjhj.jpg
Azərbaycan 44 gün davam edən Vətən Müharibəsi zamanı bütün dünyaya həm hərbi, həm iqtisadi və siyasi cəhətdən nə qədər güclü dövlət olduğunu bir daha sübut etdi. Dünya gördü ki, Qafqazın gənc Respublikası olan Azərbaycan - modern silahlarla silahlanıb, ən müasir döyüş taktikalarına yiyələnib, Ordunun zabit-əsgər heyəti isə yüksək döyüş qabiliyyətinə malikdir.

Bu illər ərzində Ordu quruculuğu ilə yanaşı, diplomatik sferada da böyük uğurlara imza atılıb. Diplomatiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana məxsus olmasını hüquqi baxımdan əsaslandıran önəmli bazanın yaradılmasına nail olub. Ölkə başçısı İlham Əliyev uzun illər çıxış etdiyi bütün beynəlxalq tribunalarda Azərbaycanın 1 nömrəli probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu dünyanın diqqətinə çatdırıb.

Amma bu illər ərzində, dünya birliyi Azərbaycanın bütün sülhsevər çağırışlarına baxmayaraq, Ermənistana qarşı işğalçılıq siyasətini dayandırması ilə bağlı heç bir təzyiq göstərmədi. Nəticədə Azərbaycan BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnaməsini özü hərbi yola icra etməyə qərar verdi. 44 günlük Zəfər Yürüşü Azərbaycanın həm hərbi, həm də diplomatik qələbəsi ilə yekunlaşdı.

Müşahidələr göstərir ki, Ermənistan Birinci Qarabağ Müharibəsini sonlandıran atəşkəs sazişi imzalandığı gündən bəri, hər gün, İkinci Qarabağ Müharibəsinə hazırlaşıb. Rəsmi İrəvan uzun illər həm diplomatik, həm də döyüş taktikası baxımından Azərbaycanı məğlub etmək üçün xüsusi planlar hazırlayıb. Ermənistan bu illər ərzində diplomatik sferada böyük dövlətləri öz tərəfinə çəkməklə Azərbaycan əleyhinə siyasi cəbhə yaratmağa cəhdlər göstərib. Rəsmi İrəvan uzun illər xaricdəki lobbi təşkilatları vasitəsi ilə beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qətnamələr qəbul etdirmək üçün sistemli iş aparıb.

Vətən Müharibənin gedişatı, azad edilmiş ərazilərdə aşkarlanan nəhəng hərbi istehkamlar, məhv edilmiş və ya götürülmüş hərbi texnika, silah-sursat açıq şəkildə nümayiş etdirir ki, Azərbaycan Ordusunun qarşısında illər ərzində yüksək dərəcədə təşkilatlanmış güclü düşmən olub. Ermənistan uzun illər möhkəm səngərlər, istehkamlar, top dağıtmayan bunkerlər qurdu ki, Azərbaycanla müharibə başlayanda döyüş əməliyyatlarında uğurlu nəticə əldə etsin. Amma əksinə oldu. Azərbaycan Prezidenti masada, Ordusu isə döyüş meydanında Ermənistanı diz çökdürməyi bacardı. Ermənistanın 30 il ərazində qurduğu istehkamlar 44 günə dağıdıldı. Azərbaycan dəmir yumruq hesabına qazanılan qələbə, Ermənistanı həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan çökdürdü.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_fddfgfgggdffdgfgfg.jpg

Məsələn, İkinci Qarabağ Müharibəsi zamanı Ermənistanın ordusunun məhv edilən və qənimət kimi götürülən hərbi texnikasının dəyəri minimum 3.8 milyard dollar dəyərindədir. Hesablamalara görə, bu rəqəm Ermənistanın hərbi büdcəsini dəfələrlə üstələyir.

Ölkə başçısı xalqa son müraciətində Azərbaycan Ordusunun Ermənistana məxsus məhv edilmiş texnikalar barədə danışıb. Prezident Azərbaycanın müharibə dövründə Ermənistan ordusunu demək olar ki, məhv etdiyini demişdi: “Biz müharibə dövründə Ermənistan ordusunu demək olar ki, məhv etdik. Mən müharibə dövründə müntəzəm olaraq düşmənin hərbi texnikasının məhv edilməsi ilə bağlı Azərbaycan xalqına məlumat verirdim. Artıq müharibə başa çatıb və bölgədə yeni dövr başlayır. Amma istərdim ki, Azərbaycan xalqına məlumat verim. Biz müharibə dövründə Ermənistan ordusunu necə məhv etmişik və nəyə görə Ermənistan baş naziri o alçaldıcı kapitulyasiya aktına imzasını qoydu”. 

Məhv edilmiş Ermənistan ordusunun texnikaları:

Tank əleyhinə vasitələr - 53 dənə, “Smerç” - dörd dənə, “Qrad” - 97 dənə, “Uraqan” - 2, “YARS” - 1, TOS odsaçan - 1, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası məhv edildi. “Oborona” radiolokasiya stansiyası - 1 dənə, “TOR” zenit-raket kompleksi - 5 dənə, “Osa” zenit-raket kompleksi - 40 dənə, “KUB” zenit-raket kompleksi - 4 dənə, “KRUQ” zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, “S-125” zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, “Elbrus” əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, “Toçka-U” raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, “R-142” komanda qərargah maşını - 2 dənə, “Nebo-M” radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, “Reppelent” radio-texniki maneə vasitəsi - 4 dənə.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dfdfdfdffdf.png

Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları:

Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb. 

Əlbəttə ki, Ermənistan ordusunun döyüş meydanında ağır məğlubiyyətə uğraması ölkənin iqtisadi gücünə də təsirsiz ötüşməyib. Ermənistan iqtisadiyyatı hazırda dərin böhran yaşayır ki, bunun da yaxın müddətdə aradan qaldırılacağı inandırıcı görünmür. 

Düşmən ölkənin iqtisadi çöküşünün 2 səbəbi var: 

- Koronavirus pandemiyası; 

- Azərbaycanla müharibədə ağır məğlubiyyət.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_7fa73680-7f61-331b-ac92-bb6e2a1adb5e_850.jpg

Azərbaycan Prezidenti xalqa son müraciətində Ermənistan iqtisadiyyatı ilə bağlı dedikləri, bu ölkənin hazırkı durumunu hərtərəfli şəkildə əhatə edir. “Bu ölkə borc içindədir. Xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizini təşkil edir. Bu ölkədə indi bütün iqtisadiyyat məhv olub gedir. Müharibədən sonra milli valyuta kəllə-mayallaq getdi. Haradandır bu? Bu, bankrotdur. Bu, iflasa uğramış ölkədir. Bu qədər pulu haradan ödəyib? Bir də ki, göstərsin görüm, bu pulköçürmələrini necə həyata keçirib. Biz beynəlxalq qurumlara da müraciət edəcəyik, desinlər bizə, hansı kontraktlar əsasında bu pullar ödənilib. Ödənilibmi? Ödənilməyibsə, deməli, pulsuz alıb. Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik. Yoxdur Ermənistan ordusu”.

Ermənistandakı hərbi və iqtisadi böhran siyasi çaxnaşmanın yaranması ilə nəticələnir. Artıq günlərdir İrəvanın mərkəzində baş nazir Nikol Paşinyanın istefasını tələb ilə kütləvi etiraz aksiyaları təşkil olunur. Amma Paşinyan istefa verməyəcəyini bəyan edib. Bu isə onu deməyə əsas verir ki, Ermənistanda siyasi, iqtisadi və hərbi böhran daha da dərinləşəcək. Hətta vətəndaş müharibəsinin olacağı ilə bağlı ehtimallar da hər gün artır.

Missiya.Az
 


23 Yanvar 2021 Nazirlik: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub
22 Yanvar 2021 Nazir ali məktəblərdə pullu təhsilin ləğv ediləcəyi barədə fikirlərə münasibət bildirib
22 Yanvar 2021 Azərbaycanda fevralın 1-dən məktəblər açılır - QƏRAR
21 Yanvar 2021 Azərbaycan və Türkmənistan arasında memorandum imzalandı
21 Yanvar 2021 Azərbaycan və Türkmənistan prezidentləri videokonfrans formatında görüşüb
21 Yanvar 2021 Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb
21 Yanvar 2021 Bakıya qar yağır
20 Yanvar 2021 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub
20 Yanvar 2021 İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 2021 Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı
19 Yanvar 2021 Prezident Qarabağ Dirçəliş Fondu ilə bağlı fərman imzaladı
19 Yanvar 2021 Nazirlə TƏBİB rəhbərinə vaksin vurulmaması iddialarına - Rəsmi cavab
18 Yanvar 2021 Prezident Sumqayıtda iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
18 Yanvar 2021 Oqtay Şirəliyev və Ramin Bayramlıya koronavirus əleyhinə peyvənd vurulacaq
18 Yanvar 2021 Azərbaycanda vaksin vurulmuş şəxslərə pasport veriləcək
16 Yanvar 2021 İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub
16 Yanvar 2021 Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
15 Yanvar 2021 Çavuşoğlu Rusiyanı Qarabağdakı sülhməramlıların statusunu müəyyənləşdirməyə çağırıb
15 Yanvar 2021 İlham Əliyev: “Bu il Füzuli aeroportunun enmə zolağı istifadəyə verilməlidir”
15 Yanvar 2021 Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoydu